“Həbsxanaya onun ərinə yemək daşımışam”- Nazilə Səfərli
11 sentyabr 2024 10:40 (UTC +04:00)

“Həbsxanaya onun ərinə yemək daşımışam”- Nazilə Səfərli

Şairə tamada Nazilə Səfərli maraqlı açıqlaması ilə diqqət çəkib.

Lent.az-ın xbərinə görə, o sosial şəbəkə hesabında bir zamanlar saflığından istifadə edənlərin onu qəddarlaşdırdını deyərək, buna dair hadisəni nəql edib. Nazilə bildirib ki, uzaq qohumu qayınanasının həbsxanaya gedən qadınlara pis baxdığı üçün ərinin ziyarətinə özü getməyib, onu göndərib

"Əvvəllər ürəyi yumuşaq, həlim insan idim. Son zamanlar qəddarlaşmışam. Bilirsiniz niyə? Uzaq bir qohumum var idi. Onun ərini həbs etmişdirlər. Hər həftənin sonu gələndə bu qadın mənə zəng vurub yalvarırdı ki, qurban olum, başına dönüm, bu siqareti, geyimi və yeməyi ərimə həbsxanaya apar.

Mən ondan heç soruşmurdum ki, bunları sən özün niyə aparmırsam.. El arasında "Vosmoy bazarı" adlanan ərazidə yaşayırdıq. Günlərin bir günü... şou proqramdan çıxırdım "Vosmoyun bazarı"na gəlirdim, oradan əşyaları götürüb avtobusa minirdim, "6-cı kolon"a gedirdim, qeydiyyatdan keçirdim, əşyaları təhvil verib geri qayıdırdım.

Bunu təkrar eyni qayda ilə hər həftənin sonu edirdim. Bir gün həmin qadına dedim ki, o sənin öz ərindir, gəl səni özümlə aparım. Mənə cavabında dedi ki, mən səninlə ora gedə bilmərəm. Səbəbini soruşanda söylədi ki, qayınanam türməyə gedən qadınlara pis baxır. Bundan sonra məndən mərhəmət necə gözləmək olar. Mən sənin cinayətkar oğluna yemək daşıyım, sən qatil anası da mənə pis bax?".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5373
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar