Aktrisa Sevinc Əliyeva
21 avqust 2021 19:17 (UTC +04:00)

Aktrisa Sevinc Əliyeva

Gənc aktrisa ikinci dəfə evlənmək istəmir

Aktrisa Sevinc Əliyeva ikinci dəfə ailə qurması haqda yayılan xəbərlərə münasibət bildirib.

Lent.az xəbər verir ki, sənətçi bu barədə özünün "İnstagram" hesabında məlumat paylaşıb. O, bunun şayiə olduğunu bildirib:

"İkinci dəfə ərə getmək fikrim yoxdur.

Dünən "ailə qurmağım" barədə xəbərlər oxudum. Açığı yalan yayılan bu məlumata çox pis oldum. Bir media işçisi mənimlə dəqiqləşdirmədən necə bu cür informasiya yaya bilər?! Məqsədim heç vaxt şəxsi həyatımla gündəmə gəlmək olmayıb. Bunun üçün də addım atmamışam. Hər kəsə bildirmək istəyirəm ki, həyatımda cəmi bir dəfə ailə qurmuşam və həmin nikahdan üç gözəl övladım dünyaya gəlib. Və ikinci dəfə ailə qurmaq barədə fikrim yoxdur. Evlənsəm belə bunu məndən biləcəksiz, xəbər portallarından yox.

İnformasiyada fotosu yerləşdirilən şəxsi isə tanımıram. İzləyicilər arasında olan bir pərəstişkardır. O da rəylərinə tez-tez rast gəlirəm, onun üçün üzü tanış gəldi. Media işçilərindən xahiş edirəm, nə mənim keçmiş həyat yoldaşımın adından istifadə edin, nə də ki, məlumatı dəqiqləşdirməmiş paylaşmayın!".

Qeyd edək ki, ötən gün S. Əliyevanın iqtisadçı ilə ailə qurması barədə məlumatlar yayılmışdı. S.Əliyeva rejissor Fuad Əlişovla ailəli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7470
avatar

Oxşar yazılar