Ərindən boşanmaq istəyən azərbaycanlı müğənni  ƏSƏBİLƏŞDİ
25 iyun 2021 16:26 (UTC +04:00)

Ərindən boşanmaq istəyən azərbaycanlı müğənni ƏSƏBİLƏŞDİ

Bir müddət öncə həyat yoldaşından boşanmaq istədiyini dilə gətirən müğənni Günel Məhərrəmova əsəbiləşib.

Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, sosial şəbəkədə barəsində əsassız rəylər yazırlar:

“Ay insanlar, ay bəzi dilbilməz məxluqlar, düşünmədən danışmayın. Min dəfə demişəm, yenə də deyirəm. Burnumdan başqa heç yerimdə əməliyyat yoxdur. Nə yanağımda gel var, nə də heç bir yerim estetik deyil. Bunu anlayın, əsəblərimlə niyə oynayırsınız? Burnumda uğursuz əməliyyat olmuşdu, korreksiya etdirdim. Bədənimi də əvvəldən necə görmüşdünüzsə, indi də elədi.

Bir az ətliyəm, o da vecimə deyil. Heç vaxt bədənimi əməliyyat etdirmərəm. Allah məni belə yaradıb, fiquram, bədən quruluşum hər şey onun bəxş etdiyidir. Sizi qınamıram, o qədər əməliyyatlı, silekonlu müğənnilər görmüsünüz ki, təbii müğənni görəndə, onu da elə zənn edirsiniz. Bəsdirin, daha bezdim bu sözlərdən”. 

Qeyd edək ki, Günel bir müddət öncə həyat yoldaşından boşanmaq istədiyini barədə verdiyi açıqlama ilə gündəmə gəlmişdi: "Yoldaşım Kiyevdə, mən burda yaşayıram. Rəsmən boşanmasaq da, amma artıq fikirləşirəm ki, bu münasibət çox getməyəcək. Artıq özüm də bir çox qərarlar vermişəm. Oğlum da görür hər şeyi. Məsələn, ad günü olur, atası heç onu təbrik belə etmir. Ona görə artıq qərarlarımı vermişəm".

Müğənni Günel Məhərrəmova

Müğənni Günel Məhərrəmova

Müğənni Günel Məhərrəmova

Müğənni Günel Məhərrəmova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11247
avatar

Yalçın UĞUR

Oxşar yazılar