Tanınmış aktyor Hikmət Rəhimov əməliyyat olunub.
Lent.az.az xəbər verir ki, aktyor sosial şəbəkədə burun çəpərinin əyriliyindən əziyyət çəkdiyini bildirib. O qeyd edib ki, buna görə bıçaq altına yatıb:
"Uzun müddətdir baş ağrıları məni narahat edir. Əgər burun çəpərində əyrilik varsa, oksigen beyinə rahat getmir. Qərar verdim ki, bu məsələ həllini tapmalıdır".