“Camaatla belə  zarafat   edə bilmərəm ” - Nigar Şabanova
15 may 2024 13:26 (UTC +04:00)

“Camaatla belə zarafat edə bilmərəm ” - Nigar Şabanova


“Tez-tez toylara gedirik. Özünə sənətkar deyən bir xanım gözümün önündə 40 dəqiqə fonoqram oxudu”.

Lent.az-ın xəbərinə görə, bunu Əməkdar artist Nigar Şabanova sosial şəbəkə hesabında deyib.

“Dedilər, sən də fonoqram oxu, dedim, mən camaatla belə zarafat edə bilmərəm. İnsanlar bu qədər puldan beziblər?  

Müğənninin fonoqramını dinləmək istəyirsənsə, get diskini al dinlə. Sənə pul verib toya çağırıblarsa, niyə haqqa girirsən, sənətinə hörmət qoymursan?

Aygün  Kazımova, Röya kimi ulduzlar öz ansamblları ilə gedib şou yaradırlar, sən niyə fonoqram oxumalısan?”, -  Əməkdar artist fonoqram oxuyan həmkarlarına üz tutub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar