Azər Aydəmir tamadalığa başlayır:  "Müğənni də olaram"
13 iyun 2024 10:53 (UTC +04:00)

Azər Aydəmir tamadalığa başlayır: "Müğənni də olaram"

Tanınmış kinoaktyor Azər Aydəmir bu dəfə tamaşaçılarını oxuduğu maraqlı mahnı və ifa tərzi ilə təəccübləndirib.

Lent.az-a açıqlama verən aktyor bildirib ki, toy bazarındakı aparıcılara rəqib olmaq fikri var.

“Bu günə qədər dəfələrlə toy aparmaq üçün təkliflər alırdım, lakin rədd edirdim. Bundan sonra seçkin məclislərdə iştirak edəcəm. Hesab edirəm ki, oxumağım da pis alınmır. Təkcə aparıcılara yox, müğənnilərə də rəqib ola bilərəm. Bu mahnını eksperiment olaraq yazdırdım, lakin eşidənlərdən çox xoş rəylər alıram”, deyə o bildirib.

 Nə deyək, toy bazarına daha bir “mənəm-mənəm” deyən iştirakçı daxil olur. Kinodakı uğurlarını nəzərə alsaq, onun tamada və müğənnilərə dişli rəqib olacağını demək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar