“Location” klubunda yanğınla nəticələnən partlayışda xəsarət alan bloqer Aysel Şükürovanın xəstəxanadan son görüntüsü yayılıb. Lent.az-ın məlumatına görə,
görüntünü Ayselin dostu sosial şəbəkədəki səhifəsinə yükləyib.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.