"Axundların evi məsciddən qəşəngdir, utanırsınız?" - Niyam Salami
03 mart 2024 12:48 (UTC +04:00)

"Axundların evi məsciddən qəşəngdir, utanırsınız?" - Niyam Salami

"Novxanıda yolun üstündə bir məscid var. Onun yanında da məscidin axundunun evi var. Axundun evi məsciddən gözəldir. Axundların evlərinə, villarına baxın. Başım çıxmır ki, onları necə tikirlər.

Lent.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami yutub səhifəsində paylaşdığı videoda deyib. Sənətçi illərdir səhnədə olmasına baxmayaraq villa tikə bilmədiyini bildirib:

"Mən müğənniyəm, restoran işlədirəm, amma kartımda 550 manat pul var. İllərdir səhnədəyəm, başımdan pul səpirlər, amma mən villa tikə bilmirəm. Axundun, mollanın necə villası ola bilər? Hasarın mənim evimin qiymətindədir. Bu necə ola bilər? Dindən əyri istifadə edirsiniz, utanırsınız? Sizə rəhmət düşməyəcək! Villa tikən mollalar o dünyada necə yaşayacaq bilmirəm".

# 5226
avatar

Oxşar yazılar