"Avroviziya" təmsilçimiz İsrailə gedə bilmədi
07 aprel 2022 11:13 (UTC +04:00)

"Avroviziya" təmsilçimiz İsrailə gedə bilmədi

"Avroviziya" təmsilçimiz Nadir Rüstəmlinin İsrail səfəri baş tutmayıb. 

Lent.az xəbər verir ki, bu barədə ifaçının özü məlumat yayıb: 

"Məni "İsrail calling"də gözləyən hər kəsə təəssüf hissi ilə demək istəyirəm ki, səfərim son dəqiqədə təxirə düşdü. Mən gəlib performansımı göstərə, təəssüratlarımı bölüşə, sevənlərimi qucaqlaya və dəvətdəki gözəl insanları görə bilməyəcəm. Gözəl Təl-Əvivdə deyiləm, amma sizin üçün oxuya bilərəm. Çünki bizim hamımız üçün musiqi önəmlidir. Elə deyilmi?".

Qeyd edək ki, N.Rüstəmli müsabiqədə Azərbaycanı “Fade to Back” mahnısı ilə təmsil edəcək. Müsabiqə mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək. Nadir ikinci yarımfinalda dördüncü olaraq səhnəyə çıxacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2775
avatar

Yalçın UĞUR

Oxşar yazılar