Məşhur stilist və vizajist Anar Ağakişiyev də ötən axşam Moskvada terror hadisəsi törədilən “Crocus City Hall” konsert mərkəzində olub.
Lent.az-ın xəbərinə görə, bu barədə Anar özü sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, qanlı hadisə baş verməzdən yarım saat əvvəl məkanı tərk edibmiş.
“Mən də orada idim. Amma hadisədən yarım saat əvvəl oradan ayrılıb, hava limanına getdim. Hazırda İstanbuldayam”.