320 MİN DOLLARA ev alan sənətçi
09 iyun 2022 14:00 (UTC +04:00)

320 MİN DOLLARA ev alan sənətçi

320 min dollara ev alan sənətçi – “İflas etmişdim...”

Şöhrətinin zirvəsindəykən Türkiyəni tərk edib Amerikaya köçən “Yaprak dökümü” serialının aktyoru Tolga Karel son 5 ildə yaşadığı çətinliklərdən danışıb. 

Lent.az xəbər verir ki, aktyorun Amerikada qurduğu sağlamlıq turizm şirkəti iflas edəndən sonra aylıq 8 min dollara tır sürücüsü kimi işləməyə başlayıb. Bundan sonra Tolga 2020-ci ildə Florida ştatında 320 min dollara ev və böyük ərazi alıb. 

Onun həyatla mübarizəsi və yaşadıqları barədə sosial şəbəkə izləyicilərinin marağındadır. Buna görə də Tolga Karel, öz həyat hekayəsini “Instagram” izləyicilərilə bölüşmək qərarına gəlib:

“5 il əvvəl bu torpaqlara gələndə tək bir arzum var idi: hüzuru tapmaq... İflas etmişdim, əsl peşəmdə də çalışa bilmədim. Bank hesabımda 83 dollarla təkrar həyata başlamaq məcburiyyətində qaldım. Çox çətin illər idi. Dilini, dinini, mədəniyyətini bilmədiyim bir ölkədə tutacaq bir budaq tapmaq çətindir. Pandemiyadan sonra Amerikada həyat inanılmaz bahalıdır. Hətta “Yaşıl kart” udan bir çox türk vətəndaşlıq alandan sonra ölkələrinə qayıtmaq üçün addım atırlar və bu mövzuda onlara haqq verirəm”.

Aktyor ailə həyatı haqqında da açıqlamalar verib: 

“Həyat yoldaşım mənə bu illər ərzində 3 uşaq bəxş etdi. İşimə bərk-bərk sarıldım və çox işlədim. Allaha Şükür maddiyyatla bağlı bir qayğım qalmayıb. Dünya eyni dünya deyil, amma mən həmin Tolgayam!”

Qeyd edək ki, azərbaycanlı model Günay Musayeva ilə evliliyindən Cihangir adlı oğlu olan aktyor ikinci dəfə 2017-ci ildə Sarah Scott ilə evlənərək Amerikaya köçüb. 


 

# 3855
avatar

Nigar Namiq

Oxşar yazılar