“Ən gözəl qadın” dediyi dostu klipmeykerimizin tədbirinə qatılmadı
21 aprel 2011 14:41 (UTC +04:00)

“Ən gözəl qadın” dediyi dostu klipmeykerimizin tədbirinə qatılmadı

0
Lent.az-ın məlumatına görə, tədbirdə uşaqlardan çox Nail Naiboğlunun yaxın sənətçi dostları iştirak edib. Qonaqlar arasında əməkdar artistlər Mətanət İsgəndərli, Elza Seyidcahan, müğənnilər Təranə Vəlizadə, Nadir Qafarzadə, Elnur, Natəvan Həbibi, Elariz Məmmədoğlu və digər müğənnilər olublar.


Müğənni Elza Seyidcahan məclisi səmimi zarafatları ilə daha şən edib: “Mənə deyirlər “gözəlləşmisən”, yəni ki, “toppuşlaşmısan”. Yox, belə davam edə bilməz, arıqlamaq lazımdır”.

Elariz Məmmədoğlu və Mətanət İsgəndərli bu tədbirdə açıqlayıblar ki, rejissorun tanınmadığı zamanlarda yanında olublar. N.Naiboğlunun bu günədək kliplərində baş qəhrəman kimi oynatdığı rəqqasə Oksana Rəsulova isə tədbirdə görünməyib. Nail Naiboğlu vaxtilə dostluq etdiyi və “ən gözəl qadın” elan etdiyi rəqqasənin ad günü mərasimində iştirak etməməsinin səbəblərini açıqlamaqdan boyun qaçırıb.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 884

Oxşar yazılar