Aygün Kazımova: “Kişiləri soyunduracağam”
0
0
Lent.az-ın məlumatına görə, ayda bir dəfə çap olunacaq jurnalın baş redaktoru Mədinə Gülgün, şef redaktoru isə Nəzakət Əliyevadır. Jurnal xalq artisti Aygün Kazımovanın mənəvi dəstəyi ilə nəşr olunacaq. Təqdimat mərasimində iştirak edən A.Kazımova bundan sonra özü haqqında bütün məlumatların və çəkdirəcəyi fotosessoiyaların ilk dəfə məhz bu jurnalda çap olunacağını deyib. Daha sonra yeni layihəsindən bir neçə kəlmə bəhs edən xalq artisti özünü tamamilə yeni işdə sınayacağını bildirib: “Mən uşaqlıqdan bu işlə maraqlanmışam. Xanımlarla bağlı bir işdir. Buna hobbi kimi deyil, tamamilə ciddi bir iş kimi yanaşacağam. Bu yaxınlarda layihəmi təqdim edəcəyəm. Əgər jurnalistlər bəyənsələr, işi davam etdirəcəyəm”.
Bundan sonra jurnalistlər Aygün Kazımovaya gizli saxlanılan layihə ilə bağlı versiyalar bildiriblər. Bu işin stilistlik olması ilə bağlı deyilənə isə A.Kazımova gülərək və zarafatla: “kişiləri geyindirməyəcəyəm, soyunduracağam” deyə cavab verib.
Banu