Dirəyə çırpılan limuzin, 21 yaşında ölüm və ölümdən sonrakı həyat... - ARAŞDIRMA – VİDEO
On birinci söhbət
Ötən söhbətlərimizdə dünya musiqisində yeni səhifə açan rok-n-rollun yaranma tarixindən, onun ilk parlaq simalarından danışırdıq. Müxtəlif insanların zəhmətiylə ərsəyə gəlmiş bu musiqi sürətlə inkişaf edir, özünün ilk çağlarında belə şəkildən şəklə düşür, yeni çalarlar tapırdı. 50-ci illərin axırlarında rokun inqilabla müqayisə olunan birinci - güclü dalğası artıq arxada qalmışdı.
Hit-paradlara düşmüş ilk rok-n-roll diski - Crazy Man Crazy (1953) və “Rok kralı” Elvis Preslinin səhnəyə gəlişi (1955) ilə start götürən birinci mərhələdən sonra hadisələr ildırım sürətiylə cərəyan etməyə başladı.
Musiqinin siması da, mahiyyəti də dəyişirdi və artıq öz sözünü deməyə hazır olan daha cavan artistlərdən ibarət ikinci dalğa güc yığmaqda idi. Bu gənc ulduzlar ilk rok-n-roll nümunələrindəki bəzi çatışmazlıqları islah edərək yeni musiqini bir az da irəli apardılar.
Bill Heylinin, Elvis Preslinin yaratdığı rokabilli janrı Cerri Li Lüis, Karl Perkins, Billi Kohreyn, Baddi Holli kimi ulduzlar doğurdu. Özünü “Ağdərili Littl Riçard”, yaxud “Killer” adlandıran Cerri Linin səhnə obrazı, ifa tərzi və maraqlı həyatı barədə söhbət açmışdıq. Onun yaşam tərzi sonralar “rok həyat tərzi” adını alacaq standartlara tam uyğun idi: əyyaşlıq, cırtqozluq, davakarlıq... Bu həyat tərzi Cerrinin səhnə obrazına da öz möhürünü vurmuşdu. Amma canlandırdığımız mənzərə xronologiya və tarix baxımından tam olsun deyə, bugünkü söhbətimizdən etibarən ikinci dalğanın daha bir neçə nümayəndəsindən söhbət açacağıq. Onların birincisi Eddi Kohrendir.
* * *
Eddi Kohren (Cochran Eddie) ritm-ənd-blüz , rok-n-roll və rokabilli üslublarında gözəl musiqilər bəstələyir, onları uğurla ifa edirdi. O, Amerika rok-n-rollunun yaradıcılarından biri sayılır. Eddi Kohrenin musiqi irsi sonralar - 50-60-ların qovşağında yeni tvist üslubunun yaranmasına rəvac verib. Çox az ömür sürməsinə baxmayaraq, Eddi Kohren rok-n-rollun ən əfsanəvi və unudulmaz simalarından biri kimi, bu gün də yaddaşlarda yaşayır...
* * *
“Yorulmuşam və yatmaq istəyirəm”
Edvard Konren 3 oktyabr 1938-ci ildə Minnesota ştatının Albert-Ley şəhərində anadan olub. 1953-cü ildə onların ailəsi Kaliforniyaya köçüb və onun musiqi ömrü də elə burada başlanıb: Eddi özünün iki dostu ilə bir yerdə yerli klublardakı yığıncaqlarda çıxışlar edir. Sonra, necə olursa, yoldaşlarından biri qrupla üzülüşmək qərarına gəlir. Eddi isə qrupda qalmaq fikrində olan dostundan xahiş edir ki, Henk Kohren təxəllüsünü götürsün. Həmin gündən etibarən oğlanlar “Kohren Qardaşları” adı altında çıxış etməyə başlayaraq məşhurlaşırlar. “Yorulmuşam və yatmaq istəyirəm” adlanan disk bir xeyli konsert verəndən sonra “Kohren Qardaşlarının” birinci və sonuncu diski olur.
“Arıq Cim”
Qrup dağılandan sonra tək qalmış Eddi “Arıq Jim” kompozisiyasını yazdırır və diskə qulaq asan bəstəkar Cerri Keyphart cavan oğlanın ifa tərzini olduqca bəyənir, onunla görüşmək qərarına gəlir. Cerri Eddi Kohrenə özünün bəstələdiyi mahnılardan birinə həyat vəsiqəsi verməsini təklif edir. Eddinin musiqi aləmindəki ilk kommersiya uğuru da elə bu mahnı ilə əlaqədardır. 1956-cı ildə dinləyicilərə təqdim olunan “Balkonda oturmuşam” kompozisiyası belə meydana gəlir. Bu mahnı Amerika pop-çartlarının ilk iyirmiliyində yer alır...
Onun şöhrətlənməsi lap qəfil, sanki sehirli bir çubuğun işarəsiylə baş verir. Cerri ilə bir yerdə kasad büdcəli filmlərə musiqi bəstələməyə başlayanda Eddi güman etməzdi ki, şöhrət ikicə addımlığında olduğu Hollivuddadır.
Hollivud
Günlərin birində ümumi tanışlarından biri - rus əsilli kinoprodüsser Boris Petrov Eddinin gitarada necə çaldığını eşidəndən sonra, Kohrendən soruşur: “Filmə çəkilmək istəmirsən?” Eddi Kohren də Hollivudun yoluna çıxır. Əvvəlcə “Qız bununla bacarmır” rok-müziklində işləyir. Rejissorun fikrincə Eddinin ekranda canlandırdığı obraz mütləq mahnı oxumalı idi və o da epizodik bir rolda çəkilərək mahnısını oxuyur. Həmin mahnı “İyirminci, uçan rok” olur. Mahnı top siyahılarına düşür, rok-n-rollun baza standartlarından biri kimi tanınır və ölümündən sonra Kohreni əsl şöhrətin zirvəsinə qaldırır.
Yeri gəlmişkən qeyd edək ki, məhz bu mahnı ölməz “Biitlz” qrupunun da həyatında taleyüklü rolunu oynayır, çünki Con Lennonla Pol Makkartni tanışlıqlarına görə bu kompozisiyaya borcludurlar.
Bunun ardınca, 1957-ci ildə isə “Alovlu gənclik” filmində artıq baş rolu ifa edir.
1957-ci il həm də Kohrenin ilk böyük valının yazıldığı ildir. Amma “Liberty” səsyazma şirkəti onun ifa etdiyi blüzlərin kommersiya uğuru gətirməyəcəyini düşünərək, valı müğənni üçün səciyyəvi olmayan pop-balladalardan komplektləşdirir. Bu balladalar estrada orkestri və xorun müşayiətiylə yazılmışdı. Elə bu səbəbdən də Eddinin mahnılarından çoxu yalnız ölümündən sonra çıxaraq rok-n-rollun əsl klassikasına çevrilir...
“Yay vaxtının blüzu”
Kohrenin sənət yolunda dönüş nöqtəsi 1958-ci ilə təsadüf edir. Həmin ildə o həm də menecerliyini edən Cerri Keyphartla birlikdə məşhur “Yay vaxtının blüzu” mahnısını yazdırır və bu mahnı tineycerlərin himninə çevrilir. Musiqi tarixçiləri Kohrenin həmin mahnıya yazdığı sözlərdə ilk rok şairi Çak Berrinin təsirini hiss edirlər.
Mahnının məzmunu belədir: yeniyetmə tətilini ürəyi istəyən kimi keçirmək, yaxşıca dincəlmək arzusundadır. Amma bunu təmin etmək üçün işləyəsi olur və yenə dincələ bilmir. Üstəlik hələ işlədiyi yerdəki bossu və valideynləri onun məhəbbət işlərinə də qarışırlar və onda oğlan, nə az, nə çox birbaşa Birləşmiş Millətlər Təşkilatına müraciət etmək istəyir! Amma bu real deyil. Odur ki, öz ştatından olan konqresmenin yanına gəlib dərdini açır. Konqresmenin isə ona cavabı belə olur: “Mən sənə kömək etməyi ürəkdən arzulayıram, amma sənin hələ şəxsi fikrin ola bilməz, çünki səsvermə hüququn hələlik yoxdur”.
Eddi Kohrenin son iki mahnısı ondakı istedadın bariz göstəricisidir. Onun hitə çevrilən və ən ünlü musiqiçilər tərəfindən dəfələrlə ifa olunan daha bir mahnısını nəzəriyyəçilər rok standartını müəyyən edən nümunələrdən sayırlar. “Summertime Blues” (“Yay vaxtının blüzu”) mahnısı populyarlıq siyahılarında 6-cı yerə yüksəlmişdi. Həm dinləyicilər, həm də mütəxəssislər Eddinin gitara partiyalarındakı qəribə sərtlikdən heyrətə gəlirdilər. Çünki Kohrenədək gitaranı bu üslubda çalan olmamışdı.
“Hər kəs”
Musiqiçinin yaddaşlara yazılan daha bir mahnısı var. “Everybody” (“Hər kəs”) mahnısı Amerikada onun sağlığında bir o qədər qiymətləndirilməsə də, Elvis Preslinin ifasından sonra İngiltərədə populyarlığın zirvəsini fəth etdi. Gənc müğənni tanındıqca elə bil onda daha çox işləmək həvəsi baş qaldırırdı. O yaxın dostları Cin Vinsent, Baddi Holli ilə paralel həm səsyazma studiyalarında, həm də konsert salonlarında yorulmaq bilmədən çalışır, gündə bir iynə boyu qədər də olsa, irəliyə gedirdi. Onun qələmindən bir-birinin dalınca tamaşaçıları yerindən oynadan hitlər çıxmağa başladı. Bundan başqa, həm Kohren, həm də Holli səsyazma texnikası baxımından novator idilər. Məsələn, “overdabbinq” ( bir neçə fonoqramın bir səs kanalına yazılması) üçün nəzərdə tutulan peşəkar texnikadan Amerikada ilk dəfə onlar istifadə etmişdilər...
“Üç ulduz”
Kohrenin qısa həyat tarixçəsində lap aşağı əyarlı filmlərdəki əttökən səhnələri xatırladan bir epizod da var. Ölümündən təxminən bir il qabaq tanınmış dicey Tommi Dinin bəstələyərək təyyarə qəzasında həlak olmuş üç musiqiçinin xatirəsinə ithaf etdiyi “Üç ulduz” adlı bir ağlamalı mahnını ifa edir. Həlak olanlardan biri Baddi Holli Eddinin yaxın dostu idi və o əttökənlik dərəcəsində sentimental olan həmin mahnını qəzada həyatını itirən şəxslərin ailə üzvlərinə maddi yardım toplamaq üçün oxumuşdu. Həmin mahnıda daha çox Bollivud filmlərinə xas bu sətirlər vardı: “İndi siz Tanrı üçün onun səma xorunda oxuyursunuz. Baddı Holli, mən səni daim gözüyaşlı xatırlayacağam...”
“İkinci Elvis” öldü
1958-ci il Kohrenin yaradıcılığında taleyüklü hadisələrlə çox zəngin oldu. Musiqi dünyasına səs salan hitlərlə yanaşı, o böyük qastrol səfərlərinə də çıxırdı. Və bu səfərlərin böyük bir hissəsi Böyük Britaniyanın payına düşürdü. İngiltərə tamaşaçısı Kohreni son dərəcə isti qarşılayır, mətbuat səhifələrində onu ikinci Elvis adlandırırdılar.
1960-cı ildə musiqiçi böyük Avropa turnesinə çıxır. Səfərinə İtaliyadan başlayır və konsertləri İngiltərədə davam edir. Bu konsertlərdə ona Cin Vinsent də qoşulur. Bu qastrollardan sonra o Kaliforniyaya, öz evlərinə qayıtmalıydı, amma aprel ayının 16-da, gecədən xeyli keçmiş London aeroportuna gedərkən Eddi Kohreynin limuzini Uiltşir qraflığındakı Çipperhem şəhərindəki yaş yolda sürüşərək işıq dirəyinə çırpılır. Maşında üç nəfər vardı. Eddi, onun nişanlısı və bir çox mahnılarının müəllifi Şaron Şirli və Cin Vinsent vardı. Qəzaya düşənləri təcili xəstəxanaya çatdırırlar, amma bircə Eddi Kohreni xilas etmək mümkün olmur.
Ertəsi gün, aprelin 17-də rok ulduzu Eddi Kohrenin avtomobil qəzasında həlak olduğu mətbuata açıqlanır.
Onun 21 yaşı vardı...
Eddi Kohrenin cənazəsi doğma vətəninə gətirilir.
Müğənnini Kaliforniyadakı Xatirə parkında dəfn edirlər...
* * *
Sənət yolunun qısalığına baxmayaraq Eddi Kokren bütün rok-musiqiyə öz təsirini göstərir. O indi də rokabilli janrının yaradıcılarından sayılır.
Maraqlısı budur ki, Eddi gənc yaşında ulduza çevrilən digərləri kimi özündənrazı deyildi, inkişafa, püxtəliyə can atırdı. Elə bu səbəbdən də ən məşhur mahnıları üzərində belə təkrar iş aparır, onları dəfələrlə lentə yazdırırdı. Gitaraya ürəyi istəyən səsi vermək üçün Kohreyn sevimli “Gretsch 6120” gitarasına da möhkəm əl gəzdirmişdi.
Oğurlanmış gitara və ölümdən sonrakı həyat
Maraqlı fakt: Avtomobil qəzasının baş verdiyi məntəqədə polis işləyən gələcək müğənni Deyv Li həmin gecə yol növbətçisi idi. Faciəvi qəzaya düşən sevdiyi musiqiçinin başına gələnlər onu çox təsirləndirir. O, Kohrenin hadisə yerindən müsadirə olunmuş gitarasını sonradan polis məntəqəsindən götürür və kumirinin şərəfinə gitara çalmaq öyrənir və böyük səhnəyə yol tapır...
Eddi Kohren həlak oldu, amma istedadlı bir insan kimi, yaratdıqları bizə miras qaldı. Onun musiqisi həmin məşum gecədən sonra da yaşadı, müəllifini də qədirbilən insanların yaddaşında yaşatdı. Bircə onu demək kifayətdir ki, Kohrenin mahnılarını müxtəlif illərdə ən məşhur musiqiçilər dəfələrlə ifa ediblər. Bayaq onlardan birinin - Elvis Preslinin adını çəkdik, başqalarını da xatırladaq:
“The Beatles”,
“Led Zeppelin”,
“The Beach Boys”,
“The Who”,
“Sex Pistols”,
“Stray Cats” ...
Elə bilirəm ki, bu siyahının əlavə şərhə qəti ehtiyacı yoxdur...

1078