
Azərbaycanın “hindu” jurnalisti - FOTO
0
0
Fəridbəy Kərimovun rejissorluğu ilə çəkilən filmdə mədəniyyət və şou-biznes yazarı Elşad Ümid də rol alıb. Bu barədə Lent.az-a məlumat verən jurnalist hindu obrazını canlandırdığını deyib: “Film çox maraqlı süjetə malikdir. Rolum balaca olsa da, çətindir. Film məhz mənim rolumla başlayır. Mən hindu rolunu oynayıram. Tayfa şamanının amuletini öz məkrli məqsədlərimi həyata keçirmək üçün oğurlayıb qaçıram. Amma məni tutub tonqalda yandırırlar. Ağlıma da gəlməzdi ki, “kabab” olmaq belə əziyyətli imiş. Əl-qolum bağlı, tonqalın üzərində asılı vəziyyətdə qalanda, bütün sür-sümüyüm ağrıdı. Hətta az qala tonqala düşəcəkdim. Doğrudan da, sənət qurban tələb edirmiş…”
Lalə
Lalə
0
0