“BU ŞƏHƏRDƏ”: Bir-birimizin ayaqqabısını silirik - MÜSAHİBƏ
“Bu şəhərdə” yumor qrupu “Xınayaxdı” adlı proqramlarla 5 gün Heydər Əliyev Sarayında çıxış edəcək. Bir müddət öncə qrupun üzvlərindən olan aktyor Coşqun Rəhimovun səhhətində yaranan narahatlıqdan sonra hazırda qrup fəaliyyətini davam etdirir. Lent.az konsert öncəsi qrup üzvləri ilə görüşüb.
Qrupun birgə məsləhəti ilə Coşqun Rəhimov müsahibədə iştirak etməyib. Aktyorlar qərara gəliblər ki, Coşqun müalicədən sonra tamaşaçıları ilə ilk dəfə məhz konsert günü görüşsün. Onu deyə bilərik ki, aktyorun vəziyyəti yaxşıdır, itirdiyi çəkisini yenidən bərpa edib. Coşqun Rəhimov söhbətə qatılmasa da, müsahibənin sonuna qədər iştirak edib. “Bu şəhərdə”nin digər üzvləri Rafael İsgəndərovla Müşfiq Abbasovun Lent.az-a müsahibəsini təqdim edirik.
- Bu günədək “Bu şəhərdə” tamaşaçıları güldürüb. Lakin Coşqunla bağlı baş verən son hadisələrlə real həyatda insanları düşündürə, hüznləndirə bildiniz. Bu yaşadıqlarınız növbəti konsertdə hiss olunmayacaq ki?
Müşfiq:
- Hər şey qaydasındadır. İnşallah, Coşqun elə oynayacaq ki, tamaşaçı ancaq aktyor oyununu izləyəcək, başqa heç nə barəsində düşünməyəcək. Əgər siz indi Coşqunu görür və fərqi hiss etmirsinizsə, deməli o iz qalmayacaq.
- Təkcə Coşqunun vəziyyətindən söhbət getmir. Siz şou-biznesdə səmimi dostluqlara nümunə sayılırsınız. Coşqundan çox sizin psixoloji durumunuz və qısa müddətdə heç nə olmamış kimi necə davam etdiyiniz maraqlıdır...
Müşfiq:
- O hadisə baş verəndə Rafael ziyarətdə idi, mənsə burda, Bakıda. Coşqun reanimasiyaya düşəndən sonra Rafaelə zəng vurdum. Oradakılar orada, buradakılar burada dua edirdilər. Allah duaları eşidir. Məsləhətdirsə, bu işi yerinə yetirir. Allaha şükür ki, hər şey yaxşıdır.
- Deməli, növbəti ssenarini əvvəlkilər kimi maraqlı və baxımlı etmək üçün özünüzdə güc tapa bilmisiniz...
Müşfiq:
- Bilirsiniz, bu bizim işimizdir. Necə ki, mən ssenari yazıram, Rafaellə Coşqun səhnədə göstərirlər. Bu problem həmişə olub. Yəni səhnə öncəsi ailədə problemlərimiz olub ki, onları heç kim bilməyib. Konsert günü hansısa qohumumuz rəhmətə gedib, o ərəfədə Coşqunun yaxın adamı əməliyyat olub. Bunu bizim inzibati heyətdən başqa heç kim bilməyib. Heç rəqqaslar, aparıcılar xəbər tutmayıb. Ələlxüsus da zal... Konsertdən sonra Allahın köməkliyi ilə hər şey yoluna düşəcək.
- Siz heç nə olmamış kimi davam etsəniz də, əminəm ki, bu dəfə çox fərqli olacaq. İnanın ki, tamaşaçılar bu dəfə tamaşadan çox Coşqunu görməyə gələcəklər.
Müşfiq:
- Bilirik, biz onu gözəl başa düşürük. Ona görə də onlara xoş sürpriz etmək istəyirik. Xüsusən də xanımlara. Coşqun ona görə efirə çıxmır. Heç yerdə müsahibə vermir. Ona görə də tamaşaçılar məhz konsert günü onu görəcək.
Rafael:
- Bizim pis əhval-ruhiyyə ilə səhnəyə çıxmağa ixtiyarımız yoxdur.
Müşfiq:
- Alıcı dükana gəlir, satıcının kefi yoxdursa, alıcı onsuz da pulunu verib çörəyi alır. Adama deyərlər, problemlərini həll et, sonra səhnəyə çıx.
- Siz peşəkarsınız, auditoriya ilə rəftar etməyi də bilirsiniz. Ancaq hər insanın zəif tərəfləri və həssas anları olur. Əminəm ki, tamaşaçılar bu dəfə Coşqunu başqa hisslə izləyəcək və mütləq sizi çaşdıran reaksiya verəcəklər.
Müşfiq:
- Bu üç dəqiqədən artıq davam etməyəcək. Ondan sonra hər şey olduğu kimi davam edəcək.
Rafael:
- Allah eləsin, ümumiyyətlə olan hadisələr insanların yaddaşından silinsin. Qaldı ki Allah eləməsin, bizim başımıza gəlməyib, amma müəllimlərimiz günorta ata-anasını torpağa tapşırıb sonra tamaşasını oynayıb. Başqa variant yoxdur. Tamaşaçı biletini alıb gəlir, biz də borcluyuq səhnədə çıxış etməyə...
- Sizin üçün bu hazırlıqlar zövqlü olmalıdır. O mənada ki hər dəfə konsertləriniz anşlaqla nəticələnir və yaxşı maddi gəlir gətirir. Bir gün bunun olmayacağını düşünmüsünüz?
Rafael:
- İnsanlar günləri saya, gəlib baxıb gedə bilər. Heç kim bunun xərc tərəflərini fikirləşmir. Konsertə əməklə sərf etməklə bərabər xərc də çəkirik.
Müşfiq:
- Niyə ola bilməz? Heç nə əbədi deyil ki, bizdə nə vaxtsa yaşlanacağıq. Bizdə də o dinamika, sürət olmayacaq. O güc, qüvvə, enerji olmayacaq. Hələlik biz bunu peşəkarcasına imkanımız dairəsində edirik. Nə vaxt görsək ki, tükənirik, zəifləmişik və s. onu biz bilməyəcəyik, onu tamaşaçı deyəcək.
- Uğurlarınızı nəyə əsasən hesablayırsınız?
Müşfiq:
- Yalnız tamaşaçı marağı ilə. Çox mövzu var ki, biz onları səhnələşdirə bilərik. Elə mövzuları işləməyə çalışırıq ki, 7-8 il sonra da tamaşaçı baxsın, aktual olsun. Bunlar əbədi mövzulardır, 50 ildən sonra həkim də, polis də olacaq. Elə mövzular var ki, bu gün, bu ay dəbdədir. Biz o mövzulara toxunmuruq. Samirlə Elnur “Eurovision”a gedəndə dəbdə idi, bu gün heç kimə lazım deyil.
- Adətən stajlı sənətçilər kütləni daha çox əyləndirən belə səhnəciklərə qarşı çıxırlar. Onlar belə hesab edirlər ki, maarifləndirici missiyası olmayan istənilən iş səmərəsizdir. Bu iş ya kommersiya, ya da boşa sərf olunan əmək sayılır.
Müşfiq:
- Çin fəlsəfəsində yaxşı bir anlayış var: Fərqi yoxdur pişik hansı rəngdədir, əsas odur ki, siçanları yaxşı tutur. Bunun fəlsəfi mənası var. Bu birinci tərəfi. Bizim də tamaşaçıların arasında fəhlə babadan, xadimədən tutmuş ta kimlərə qədər, hamı iştirak edir. Bəzən deyirlər ki, aktyorlar tamaşaçının səviyyəsinə düşürlər. Biz bu fikri qəbul etmirik. Bu o deməkdir ki, tamaşaçı səviyyəsizdir, belə çıxır... Sən gəl birinci bizim tamaşaçının səviyyəsinə qalx, ondan sonra səviyyədən danış! O ki qaldı tamaşaçıları əyləndirmək və düşündürmək məsələsinə, biz maksimal çalışırıq. 70 faiz sırf əyləncəyə sərf edəndə, çalışırıq 30 faiz maarifləndirək. Biz sırf maarifləndirmə ilə məşğul olsaq, sabah bizim konsertə heç kim gəlməz. Əgər bu estrada janrı və teatrıdırsa, tamaşaçı da bilir ki, klassikaya, operaya, baletə gəlmir.
- Yumor incə eyhamdır. Və siz də tamaşaçıları maarifləndirməyə çalışdığınızı deyirsiniz. Bəlkə tamaşaçının həqiqətən zövqü aşağıdır? O eyhamı qavraya və istiqamətlənə bilmir?
Müşfiq:
- Dövlət proqramı çərçivəsində insanları maarifləndirən bir qurum olsa, orda biz fəaliyyət göstərə bilərik. Lakin üç nəfər bütün insanları istiqamətləndirə bilməz. Tamaşaçımız bizi sevir, biz də onları. İndi pis ya da yaxşıyıq, özümüz bilərik, tamaşaçılarımız bilər.
- Əvvəllər qadın geyimində çıxış etdiyinizə görə irad gəlirdi, indi hamı bir şəkildə adi qəbul edir, hazırda hansı yöndə iradlar eşidirsiniz?
Müşfiq:
- Əvvəldən bunu yumor kimi qəbul ediblər. Xalqın seçimi bizik, bizim seçimimiz xalqdır. Nəticədə onlar qəbul etdilər. Bizi qınayanlar sonra özləri də yoxladılar, alınmadı... Yəni o paltar geyiləndən sonra, epizodda özünü doğruldursa, deməli vəssalam!
Rafael:
- Bu gün bizə yönələn irad çox azdır. Demək olar ki, yoxdur.
Müşfiq:
- Bir ara var idi.
- Nəyi qüsur kimi görürlər?
Müşfiq:
- Qüsur Rafaellə Coşqunun populyarlığıdır. On bir ildir, “Bu şəhərdə” yaşayır. 3-4 ildə heç kim heç nə demirdi. Birinci konsertdə də paltar var idi, ikincidə də... Həmin o insanlar o vaxt da yaşayırdılar. Konsertlərin sayı artdıqca, populyarlıq çoxaldıqca nə isə deyilməlidir, nə isə bir “mız” qoyulmalıdır da... Baxırlar ki, siyasi çağırışlar etmirik, xalqı pis istiqamətə yönləndirmirik, vətənpərvərliyi üstün tuturuq, bəs nə desinlər? İnsan o qədər “tupoy” olmalıdır və başa düşmür ki, bizim qrup iki nəfərdən ibarətdir. Bizim cəmiyyətdə yalnız kişilər yaşasaydı, razı olardım. Qoca var, cavan qız var, xəstə var, həkim var... bunlar hamısı oynanılmalıdır. Polis qadın üçün maraqlı deyil, qadınlar da bizim tamaşaçılarımızdır.
Rafael:
- Bir şey də var. Məlumat gəlir ki, müxtəlif peşə sahibləri - idmandan tutmuş ta dini qurumlara qədər, onlar ifalarımızı, qadın geyimində obrazlarımızı bəyənirlər. Deyirlər “bunu oynayaraq doğruldursunuz”.
- Bir neçə ay öncə “Zarafatsız oğlanlar” qrupu Lent.az-a müsahibəsində iddia etdilər ki, onlar daha bacarıqlıdır. Siz bu işi ilk dəfə gördüyünüz üçün daha çox diqqət mərkəzindəsiniz. Üstəlik başqa mövzulara toxunur, bəzi qadağalarla üzləşirlər.
Rafael:
- Onların səhnəciklərinə oturub diqqətlə baxsanız elə bilin ki, bizim repertuardır...
Müşfiq:
- Bizim 10 il əvvəlki proqramımız... Onların ilk konserti günü çox yaxın dostumuzun toyu idi. Bizi dəvət etmişdilər. Qərara gəldik ki, yaxşı deyil, birinci mən gedim iştirak edim, Rafaellə Coşqun da toyun ortasına gəlib çıxdılar. Onlar konsertə getdilər, səhnəyə çıxdılar, özləri də gözləmirdilər. Özümüz də yeni başlayanda çoxdan səhnədə olan bir insanın sözünə ehtiyacımız olub. Unutmuruq, danmırıq.
Rafael:
- Özündən böyüyü saymamaq ən böyük mədəniyyətsizlikdir. Bizim böyüklərimizdən təbrik gözləməməyimiz ən azı nadanlıqdır. Mən Coşquna da deyirəm, Allah qocalanda bizim ağlımızı almasın. Ən əsası odur ki, biz bilirik ki, qatardayıq, əvvəl axır haradasa düşməliyik. Bu sənət belədir. Neçə stansiya gedəcəyik, onu bilmirik. Uduzmağı da bacarmaq lazımdır. Bilirsiniz hansı mənada deyirəm? Səhnədən vaxtında çıxıb getmək lazımdır. Aktyor evcik-evcik oynamağa məhkumdur. Aktyor ölümünə bir gün qalmış da səhnəyə lazım ola bilər. Tamaşada balaca epizoda da çəkilə bilər. Amma vaxt gəlir, artıq özün kənara çəkilməlisən.
- Bayaq söhbət əsnasında dediniz ki, siyasətdən uzaqsınız. “Bakılı oğlanlar” öz səhnəciklərində siyasi prosesləri məharətlə işıqlandırırdı. “Zarafatsız oğlanlar” deyir ki, cəmiyyətdə baş verənlərə biganə qalmır. Belə çıxır ki, siz loyal yanaşmaya üstünlük verirsiniz?
Rafael:
- Üçümüzün maraq göstərmədiyi yeganə sahə siyasətdir. Bir də futbolla maraqlanmırıq. Dəfələrlə hansısa siyasətçi gəlib oturub yanımızda, Müşfiq deməsə ki, bu filankəsdir, biz onları tanımırıq. O dərəcədə maraqlanmırıq. Siyasi mövzularda mübahisələr, müzakirələr etmək bizlik deyil.
- Məlumatlı deyilsiniz ona görə?
Rafael:
- Marağımız yoxdur. Futbola nə məlumat lazımdır? Qətiyyən!
Müşfiq:
- “Bakılı oğlanlar”ın öz stili var idi. Onlar ölkədən kənarda yarışırdılar, siyasət oyunun vacib bəndlərindən biri idi. Bizdə daha çox sosial problemlər olub və olacaq.
- İşıqlandırmaq istədiyiniz elə mövzu varmı ki, hansısa səbəbdən alınmır?
Müşfiq:
- Bizim həmişə işıqlandırdığımız mövzu var. Azərbaycan xalqının şöhrətpərəstliyi spesifikdir. Yeməkdən, paltardan kəsər, toy eləyər. Başqa millətlərdə bu yoxdur. Bu əbədi mövzudur.
Rafael:
- Bizim repertuar elədir ki, zamanla ayaqlaşırıq.
- Toy mövzusundan danışmışkən, iki aktyorsunuz ki, 10 öncə gənc ailə quranları asanlıqla oynayırdınız. Bir neçə ildən sonra gəlinlə bəy necə olacaq, yəqin fərqindəsiniz, irəliləyən yaşda gəlinlə bəyi oynamaq necə effekti verəcək?
Rafael:
- Bəlkə konsert olmayacaq, bir neçə il sonra kiçicik bir teatrımız olacaq? O aktyorlarla da başqa rollar oynanılacaq. Çünki bəlli yaşda əvvəlki rolları oynaya bilmərik. Bayaq da dedim, Allah ağlımızı əlimizdən almasın, ki, 50 yaşımızda 20 yaşlı oğlanı oynayaq.
Müşfiq:
- Cavanı qoca etmək asandır, qocanı cavan etmək çətindir. Lakin iki-üç il öncə onlar 5 yaşında uşağa oynamışdılar. Çox da yaxşı alınmışdı...
- Azərbaycanda yaşayıb fəaliyyət göstərdiyiniz bu illər ərzində bu sizin arzuladığınız, etmək istədiyiniz iş idi?
Müşfiq:
- Belə deyək də, bizim planlarımız ayrı olub. Heç birimiz bunu planlaşdırmamışıq. Mən Neft Akademiyasını bitirmişəm. Bu, qismətdir.
- Bundan artığını etmək üçün imkanınız var, yoxsa elə görülən işlə qane olursunuz?
Rafael:
- İşimiz bizə xoşdur, rahatdır. Telekanallardan da təklif gəlir ki, proqram hazırlayaq. Bizə bu xoşdur.
- Elə yaxın Türkiyəni misal gətirək. Orada işləmək yaxşıdır, yoxsa Azərbaycanda ilboyu hazırlaşıb tamaşaçı qarşısına çıxmaq?
- Yaradıcılıqdan danışsaq, bizimkilər gedib orada dərs deyirlər. Amma kommersiya baxımından çox şey etmək istəyərdik. Türkiyə səhnəsində çəkilən xərclərə baxanda görürsən ki, bizdə elə gəlir yoxdur, o qədər xərc qoyula. Sadəcə olaraq, burda qazanıb xərclədiyimiz üçün qane edir.
- Üçünüz birlikdə əmək sərf edib iş təqdim edirsiniz. Kimin əziyyəti və gəliri çoxdur?
Müşfiq:
- Əziyyətimiz eynidir.
Rafael:
- Müşfiqin əziyyəti bizdən bir az çoxdur, çünki həm təşkilatçıdır, həm də ssenaristdir.
Müşfiq:
- Rafaellə Coşqun iş prosesində hər şeyi edirlər. Xırda sənəd dalınca qaçırlar. 39-40 yaşında kişilər iş prosesində nə iş gəldi, eləyirlər. Bir-birimizin ayaqqabısını da silirik.
- Nə vaxt yolunuz ayrıla bilər?
Müşfiq:
- Hər şey ola bilər. Amma bu gün işimiz bizə ləzzət eləyir, özümüzü dolandırırıq. Kömək edirik, ailəmizi dolandırırıq.
- Bu konsertdən başqa gəlir yeriniz var?
Müşfiq:
- Yoxdur. Nə obyektimiz, nə salonumuz var. İki konsertimiz var.
- Bir gün tamaşaçı sizdən bezsə, onda necə?
Müşfiq:
- Onda başımıza çarə qılarıq. Elə etməliyik ki, tamaşaçı bezməsin.
Rafael:
- Nəyə görə bezməlidirlər? Əgər biz onların maraqlarına uyğun çıxış ediriksə... Zamana uyğun repertuar seçsək, problem olmaz.
- Bir gün istedadlı biri ortaya çıxa bilər.
Müşfiq:
- Vaxtilə Rafael və Coşqunun səhnədə göründükləri kimi. Hər şey ola bilər.
- Bu üç nəfərdən biri olmasa, eyni şəkildə fəaliyyətinizi davam etdirə bilərsiniz?
- Ola bilər. Başqa formada. Bunu yüz faiz bilirik.
Rafael:
- Niyə ayrılaq ey?..
Müşfiq:
- Başqa formada deyirəm. Bu səviyyədə yox.
Rafael:
- Bu janrda belə olmaz... mən belə başa düşürəm. Azərbaycandan qadın rolu oynamağa mükafat verilsə, Coşquna verilər.
- Coşqun bu gün konsertdə iştirak edə bilməsəydi, siz bu konserti edərdiniz?
Rafael:
- Yox. Bu ssenari iki nəfər üçün yazılır.
Müşfiq:
- Mən yazanda iki nəfər üçün yazıram. Hətta bir açıqlama verim, konsertə qədər geyimləri gizlədirik. Onlar konsertdə bir-birlərini görürlər. Sürpriz edirlər.
Rafael:
- Müşfiqin yazdıqlarını tamaşaçı görür, bəzən aktyorların etdiklərini də görür. Yazılmayanları görmürsünüz. Biz bir-birimizi səhnədə başa düşürük. Olmayan bir şeyi işarə edirik. Biz həyatda da bir-birimizi tanıyırıq. Bu qrupdan kimsə getsə, dağılmalıdır, ya da başqa janr seçməliyik.
Lalə Yusifqızı

1657