DJ Devit Vendetta “Eurovision-2011”-in finalçıları ilə eyni səhnəni bölüşəcək
09 fevral 2011 14:18 (UTC +04:00)

DJ Devit Vendetta “Eurovision-2011”-in finalçıları ilə eyni səhnəni bölüşəcək

“Eurovision” Mahnı Müsabiqəsinin milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən Lent.az-a verilən məlumata görə,
Akademik Milli Dram Teatrında keçiriləcək konsert saat 21.00-da başlayacaq və üç saat davam edəcək. Konsert proqramında təmsilçilik uğrunda mübarizə aparacaq 5 ifaçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova ilə yanaşı, “Eurovision” ulduzlarının da çıxışları nəzərdə tutulur. Budəfəki şouda seyrçilərə Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurənin, Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinonun “Eurovision-2011”-dəki təmsilçisi Senitin, İsveşrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinellinin, dünyada tanınmış DJ Devit Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq.

Final konserti İctimai Televiziya ilə yanaşı Eurovision TV, Gürcüstanın İctimai Televiziyası və TRT vasitəsilə canlı yayımlanacaq. Proqramı www.itv.az və www.eurovision.tv internet səhifələrində də canlı izləmək mümkün olacaq. Konsertin sonunda isə münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən ediləcək.

Xatırladaq ki, “Eurovision-2011” Mahnı Müsabiqəsinin milli finalında Nigar Camal, İlhamə Qasımova, Eldar Qasımov, İlqarə İbrahimova və Aynişan Quliyeva mübarizə aparır.
Bu beşlik milli seçimlərdə iştirak edən 76 nəfər arasından tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar