Azərbaycanlı gənc müğənni kimsəsiz uşağı övladlığa götürəcək
02 fevral 2011 17:13 (UTC +04:00)

Azərbaycanlı gənc müğənni kimsəsiz uşağı övladlığa götürəcək

Müğənni Lent.az -a açıqlamasında ailə qurandan sonra valideyn himayəsindən məhrum olan bir uşağı ailəsində tərbiyə etmək istəyində olduğunu deyib: “Yaxın dostlarım bilir, qoy pərəstişkarlarıma da bəlli olsun ki, evləndikdən sonra, kimsəsiz bir uşağı ailəmə gətirəcəyəm. Öz övladım dünyaya gəldikdən sonra himayəmə daha bir uşaq götürmək kimi fikrim var. Bu sözlərimi oxuyanlarda elə təsəvvür yaranmasın ki, Vüqar belə bir addım atmaqla həmkarlarından fərqlənmək istəyir. Sadəcə, qəlbimin səsinə qulaq asıb, bu istəyimi Allahın köməkliyi ilə həyata keçirəcəyəm”.

Vüqar qayğıya ehtiyacı olan uşaqlar üçün mahnı da yazdırıb: “Sözü və musiqisi Xanım İsmayılqızına məxsus olan “Kimsəsiz” adlı mahnı çox təsirli notlar üzərində köklənib. Hər dəfə bu mahnını ifa edəndə çox kədərlənirəm. İstəyim odur ki, illər öncə övladını atmış valideynlərin ürəyinə insaf gəlsin...”

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017

Oxşar yazılar