Bakının “qara siyahısı”ndakı müğənni özünü əfv etdirdi
Lent.az-ın məlumatına görə, müğənni işğal olunmuş torpaqlarımızda çıxış etdiyi üçün uzun müddət Bakıya çağırılmayıb. Onun adı “qara siyahı”da olub. Lakin rus ifaçı 6 il sonra Bakıya gəlib və burada özünü əfv etdirə bilib.
Müğənni konsertin açılışını azərbaycanca edib: “Axşamınız xeyir! Görüşümüzə çox sevinirəm, düz 6 il gözləməli oldum. Bu gün oxuyacağım bütün mahnılar hamınız üçündür”.
Katya Lel ona uğur gətirən “Oqni” mahnısı ilə konsertinə start verib, daha sonra lirik, ritmik mahnılarını bir-bir səsləndirib. Müğənni tamaşaçıların alqışlarından ruhlanaraq tez-tez “Mən sizi cox sevirəm”, deyib. Katya “Ya po tebe skuçayu” meqahitini “Mən sənsiz darıxıram” kəlmələri ilə əvəzləyib. Ardınca “Musi-pusi”, “Doletay” və “Moy marmeladnıy” və digər mahnıları səslənib.
Qeyd edək ki, rusiyalı ulduzun Heydər Əliyev Sarayındakı konserti xeyriyyə məqsədilə təşkil olunub. Müğənni konsertdəki gəlirdən imtina edərək bütün qonorarın xeyriyyə məqsədilə sərf olunmasına razılıq verib.
Lalə

754