Azəri Günel 2 il müddətinə həbs oluna bilər
Lent.az-ın “Zaman” qəzetinin saytına istinadən verdiyi məlumata görə, bu gün İstanbul 3-cü Sülh Məhkəməsində keçmiş sevgilisi Rza Zərrabın Günelə qarşı iddiasına dair məhkəmə iclası keçirilib. Məhkəmədə Günel Zeynalova, onun vəkili Naci Bilan və Rza Zərrabın vəkili Aytən Heçyılmaz iştirak edib.
G.Zeynalova məhkəmə iclasında ifadə verib. O, əvvəlcə verdiyi ifadələri təkrar edib və Rza Zərrabın köməkçisi olan Turqut Happaninə hədə-qorxu gəlmədiyini bildirib: “İttihamnamə ilə razı deyiləm. Bu məsələ ilə bağlı vəkilimin iştirakı ilə əvvəllər də ifadə vermişəm. Mən Turqut bəyi daha əvvəldən tanıyıram. Onunla heç bir problemimiz olmayıb. O, tez-tez mənə zəng vururdu, mən isə telefonla aramamasını demişəm”.
Vəkili Naci Bilan məsələ ilə bağlı şahid qismində Günelin atasının məhkəməyə dəvət olunmasını istəyib.
Rza Zərrabın vəkili Aytən Heçyılmaz isə müdafiə etdiyi şəxsin İstanbulda olmaması səbəbindən iclasa qatılmadığını bildirib. O, növbəti iclasda Rza Zərrabın iştirak edəcəyini və bəzi məsələlərə aydınlıq gətirəcəyini də qeyd edib.
Daha sonra hakimlər Rza Zərrabın məcburi surətdə məhkəməyə gətirilməsi qərarı çıxarıblar və növbəti iclası qeyri müəyyən vaxt təxirə salıblar.
Qeyd edək ki, Günel Zeynalova Türkiyə Cinayət Məcəlləsinin 106-cı (hədə-qorxu gəlmə) maddəsi ilə mühakimə olunur. Günahı sübuta yetirilsə, ona 6 aydan 2 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

653