Rəqqasın xanımı: “Oksana hamının qarşısında üzr istəməlidir!” - QALMAQAL
Lent.az-ın məlumatına görə, Oksana proqramda rəqqas İlham Kərimli haqqında deyib: “Onun yanına rəqs öyrənməyə bir tələbə oğlan gəlirdi. Sonradan həmin oğlan mənim yanımda öyrənməyə başladı. Mən ona dedim bu necə hərəkətlərdir?... O “rəqqasə”... oy... rəqqas İlham...”
Rəqqasənin İlham Kərimli barəsindəki birmənalı olmayan eyhamı İlham və onun həyat yoldaşı Aynur Məmmədovanı hiddətləndirib.
Aynur Məmmədova rəqqasə Oksanaya zəng edərək, məsələni aydınlaşdırmağa çalışıb: “Mən ona zəng vurdum, lakin o məni söydü və telefonu söndürdü. Normal, mədəni Azərbaycan qadını kimi qarşılaşdığıma təəccüb etdim”.
Aynur Məmmədova Lent.az-a açıqlamasında Oksananın onun özündən və həyat yoldaşından üzr istəməsini tələb edib: “O qadın bütün televiziya tamaşaçılarının qarşısında necə danışıbsa, o cür də məndən və həyat yoldaşımdan üzr istəməlidir. Oksananı vaxtilə ilk dəfə mən efirə çıxarmışam. Kimin əli ilə və hansı şəkildə efirə çıxıb, onu mən yaxşı bilirəm. Elə etməsin ki, hamının gözü önündə hər şeyi açıqlayım. Tamaşaçılara da o cür qadınlara hörmət etməməyi tövsiyə edirəm”.
İlham Kərimli Oksananı nə peşəkar rəqqasə, nə də mədəni qadın kimi qəbul etmədiyini deyib: “Mən peşəkar hind rəqsini Azərbaycana gətirənlərdən ilkiyəm. Hindistanda öyrənmişəm, lent yazılarım da var, bu, birinci faktdır. Çoxlu tələbələrim var, hamısı da müstəqil fəaliyyət göstərə bilirlər. O qızı peşəkar rəqqasə kimi qəbul etmirəm. Nə rəqsini, nə də davranışlarını və etikasını qəbul edirəm. Mən işlə məşğulam, onun kimi şou-biznes qalmaqallarına qarışmaq niyyətində deyiləm”.
Lalə

780