Polad Alemdar: “İsraildən üzr istətdirdik”
Lent.az xəbər verir ki, Türkiyənin NTV kanalına müsahibə verən aktyor deyib ki, film intiqam hissi ilə çəkilməyib. O, filmin nümayişinin ötən ilin noyabrına nəzərdə tutulduğunu, ancaq filmin neqativləri yandığı üçün bu il yanvarın 28-dək təxirə salındığını deyib.
“Biz elə toplumuq ki, hansı dinə, irqə mənsub olmasına fərq qoymadan əzilən, hüquqları çeynənənlərin tərəfində oluruq. Zalımlar zülmlərindən əl çəkənədək filmlərə davam edəcəyik. İraqda da bunu gerçəkləşdirdik. Biz o insanların səsini eşitdik və problemləri dünyanın gündəminə çıxardıq”, deyən Şaşmaz bu filmlə bağlı maraqlı iddia da irəli sürüb: “Gözəl bir film çəkdik. 81 ölkədə nümayiş olunacaq. Tənqidlərə hörmətlə yanaşıram. İsrail indiyədək “Mavi Mərmərə”də öldürülən 9 şəhidə görə üzr istəməyib. Biz “PanaFilm” olaraq üzr istətdirdik”.
Qeyd edək ki, bu filmin mövzusu ötən ilin mayında Qəzza sektoruna yardım aparan “Mavi Mərmərə” gəmisinə İsrail əsgərlərinin hücumu və 9 nəfərin öldürülməsi hadisələrindən ibarətdir. Bəzi tənqidçilər filmdə yəhudilərə qarşı düşmənçilik hisslərinin aşılandığını iddia edirlər.

1646