Niyaməddin Musayev: “Erməninin mahnımı oğurlamasını sizdən eşidirəm”
28 yanvar 2011 11:21 (UTC +04:00)

Niyaməddin Musayev: “Erməninin mahnımı oğurlamasını sizdən eşidirəm”

Vito Bakinskiy adlı erməni ifaçısı Azərbaycanın xalq artisti Niyaməddin Musayevin yazdığı “Qərənfil güllər” mahnısını erməni dilində ifa edib. Lent.az-ın məlumatına görə, Vitonun ifası “YouTube”da da yerləşdirib.

Fakta münasibət bildirən Niyaməddin Musayev həmin ifaçı ilə mübarizə aparmaqda çətinlik çəkdiyini deyib: “Bu nə birinci, nə də sonuncu dəfədir ki, mahnılarım başqaları tərəfindən mənimsənilir. Açığı Vito adlı müğənni haqqında heç bir məlumatım yoxdur. Siz dediniz, mən də bildim ki, o, mənim “Qərənfil güllər” mahnımı öz adına çıxarıb. Dəfələrlə müəllif hüquqları agentliyinə bu tip şikayətlər etsəm də, onların mənə heç bir köməyi dəyməyib”.

Xalq artisti özünə qarşı diqqət tələb edib: “Nəşə Qaraböcək, İsmayıl Xəzər, Ceylan və başqa türk müğənniləri müxtəlif illərdə yazdığım mahnıları oxuyurlar. Bütün türk dünyası “Daşlı qala” mahnımı xalq mahnısı kimi ifa edir. Mən demirəm ki, oxumasınlar. Qoy ifa eləsinlər. Amma anonim kimi yox. Şəxsən mənim repertuarımda hansısa bəstəkarın mahnısı yer alırsa, böyük məhəbbətlə müəllifin adını hər çıxışımda çəkirəm. Özümə də bu diqqətin göstərilməsini tələb edirəm”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155

Oxşar yazılar