İradə İbrahimova: “Onu görəndə qızarıb-bozardım, üst-başıma baxdım”
17 sentyabr 2010 15:42 (UTC +04:00)

İradə İbrahimova: “Onu görəndə qızarıb-bozardım, üst-başıma baxdım”

Lent.az-ın məlumatına görə, ana olmağa hazırlaşan müğənni təqdimatın əvvəlində şəxsi həyatla bağlı sual verməməyi xahiş edib.

Müğənni Türkiyədə çəkdirdiyi kliplə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, türk rejissorları azərbaycanlı müğənnilərin zövqsüz olması qənaətindədir: “Rejissor Tamer Aydoğdu söhbət əsnasında mənə dedi ki, çalışarıq səni azərbaycanlıların istədiyi kimi makiyaj edək, geyindirək... Hiss elədim ki, bizə necə yanaşırlar... Tamer Aydoğduya kliplərimi göstərdim, o baxdı və dedi, halal olsun, sən bütün obrazlarda özünü sınamısan. Yəni, o təəssüratları dağıtdım”.

Müğənni Türkiyədə tanınmadığını, buna baxmayaraq bəzən sürprizlərlə rastlaşdığını da etiraf edib: “Baldızımla şəhərə Taksim meydanına çıxmışdıq. Olduqca sadə, müğənniyə oxşamayan görkəmlə şəhərdə idim. Birdən bir qız yaxınlaşdı və bizdən şəhəri soruşdu. Mən də baldızıma deyəndə ki, ona başa sal, soruşdu siz İradə ibrahimovasız? Demə Baba Vəziroğlunun qızı imiş... Onu görəndə qızarıb-bozardım, üst-başıma baxdım, müğənni olduğum yadıma düşdü...”

Qeyd edək ki, klip 20 min avroya başa gəlib. Müğənni deyib ki, klipi həyat yoldaşı ona hədiyyə edib.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1565

Oxşar yazılar