Aygün Kazımova baş verənləri soyuqqanlı cavablandırdı
17 sentyabr 2010 11:04 (UTC +04:00)

Aygün Kazımova baş verənləri soyuqqanlı cavablandırdı

Azərbaycanda 10-cu dəfə keçiriləcək “Best model of Azerbaijan-2010” yarışmasına rəhbərlik etməsi gözlənilən xalq artisti Aygün Kazımova Gürcüstan və Azərbaycan layihəsinə görə təklifdən imtina etməli olub. Bu barədə Lent.az-a müğənninin köməkçisi Ülvi məlumat verib.

Ülvi deyib ki, xalq artisti daha öncə “Best model of the world” müsabiqəsinin prezidenti Erkan Özermanın qarşısında bir çox şərtlər irəli sürüb və bu şərtlərin qəbul olunacağı təqdirdə layihəyə rəhbərlik edə biləcəyini deyib: “Aygün xanım dedi ki, təşkilatçılarla heç bir problemi yoxdur, görüləcək işə də qısqanclıqla yanaşmır. 2002-ci ildə bu layihəyə rəhbərlik edəndə həmin il o müsabiqə təşkilati səviyyəsinə görə 56 ölkə arasında birinci yerə layiq görülmüşdü. Bu isə çox söz deyir...”

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar