“Best model of Azerbaijan-2010”dan indiyədək görülməyən yenilik
Sentyabrın 16-da Azərbaycanda 10-cu dəfə keçiriləcək “Best model of Azerbaijan-2010” yarışması ilə əlaqədar olaraq mətbuat konfransı düzənlənib. Lent.az-ın məlumatına görə, konfransda “Best model of the world” müsabiqəsinin prezidenti Erkan Özerman, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Validə Abbasova, Lyubov Qutorova və stilist Anar Ağakişiyev iştirak edib.
Erkan Özerman ilk olaraq vurğulayıb ki, builki müsabiqə “Best model of Azerbaijan”-ın Azərbaycanda ilk təşkilatçısı, Bakıda vəfat edən mərhum biznesmen Nahid Kabakçının xatirəsinə ithaf olunur: “Bura Nahid Kabakçının dəvətilə gəlmişdim. İlk iki yarışmanı da Azərbaycanda o təşkil etmişdi. Ümumiyyətlə Nahid bəy Azərbaycanla Türkiyə arasında tək mədəniyyət deyil, digər sahələrdə də layihələrə imza atıb. Nahid Kabakçı Bakını çox sevirdi. Elə çox sevdiyi Bakıda da ürək tutmasından vəfat etdi. Cənazəsini Türkiyəyə apardıq. Bu il yubiley ili olduğundan, yarışmanı Nahid Kabakçının xatirəsinə ithaf edirik. Düşünürük ki, bununla onun ruhunu da şad etmiş olarıq”.
E.Özermanın sözlərinə görə, “Best model of Azerbaijan-2010” digərlərindən fərqlənəcək. Fərq isə indiyədək yarışmanın təşkilində iştirak edən şəxslərin komanda halında bir araya gəlməsində olacaq: “Müsabiqənin əsas təşkilatçılığı Validə Abbasovaya və Anar Ağakişiyevə həvalə olunub. Amma digər şəxslər də - Fəxriyyə Xələfova, Lyubov Qutorova, Aygün Kazımova, Ruhi öz köməyini əsirgəməyəcək. Hamı əl-ələ verib bir komanda şəklində işləyəcək. Bu ilki müsabiqə bir milli mədəniyyət hadisəsi olacaq və əvvəlkilərdən fərqlənəcək”.
Fəxriyyə Xələfova da çıxışında “Best model of Azerbaijan-2010”-un maraqlı və fərqli olacağını inandığını dilə gətirib: “Bu müsabiqə ilk dəfə keçiriləndə ölkə üçün böyük bir yenilik olmuşdu. Yaxşı nəticələr də qazanılmışdı. O vaxtdan mən bu yarışmaya dəstək vermişəm. Bu il də elə olacaq. Dəstəyimi əsirgəməyəcəyəm və əlimdən gələn köməyi edəcəyəm. Amma təşkilatçılıq mənim səlahiyyətimdə deyil. Çünki mən həmişə demişəm ki, təşkilati məsələlər olduqca ciddi prosesdir. Onu yalnız bilənə həvalə etmək lazımdır”.
Validə Abbasova isə qeyd edib ki, vaxt az olduğundan müsabiqənin seçim turuna model agentlikləri tərəfindən təqdim edilən peşəkar modellər cəlb olunacaq. Ancaq özünü sınamaq istəyən gənclərə də şans veriləcək.
Xəyalə Muradlı

1347