Bilal Əliyev qəzəbləndi: “Çalışıram ki, səhnəyə şıllaq ata-ata çıxmayım”
16 sentyabr 2010 12:18 (UTC +04:00)

Bilal Əliyev qəzəbləndi: “Çalışıram ki, səhnəyə şıllaq ata-ata çıxmayım”

Yeni mövsümdə sənətçilərin çoxu imicini dəyişib, tamaşaçıların qarşısına yeni stildə çıxmağa hazırlaşır. Ancaq xalq artisti Bilal Əliyev bu ənənədən uzaq qalacaq. Müğənni Lent.az-a açıqlamasında deyib ki, heç kim ondan belə bir dəyişiklik gözləməsin: “Mənim bir imicim var – mədəni geyinmək, səliqəli olmaq, insanlar arasında abrımı gözləmək, xalqa hörmətlə yanaşmaq. Çalışıram ki, xalqın qarşında çıxışlarımla bir çoxlarından seçilim. Həmişə kostyumda, qalstukda olmuşam və məni yenə də bu imicdə görəcəklər. Heç vaxt imicimi dəyişməmişəm, dəyişmərəm də... Hər zaman səhnədə mədəni formada çıxış etmişəm. Çalışıram ki, səhnəyə şıllaq ata-ata çıxmayım, mədəni bir Azərbaycan oğlu kimi çıxım. Öz zövqümlə geyinirəm, nə imicmeyker, nə də stilistim var. Nəyi bəyənirəmsə, onu da alıram. Hesab edirəm ki, mənim zövqüm düzgündür. Mənim geyimimdə rənglər bir-birini tamamlayır”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127

Oxşar yazılar