Samir Bağırov fikrini dəyişdi - EKSKLÜZİV
20 avqust 2010 18:30 (UTC +04:00)

Samir Bağırov fikrini dəyişdi - EKSKLÜZİV

Bu barədə müğənni özü Lent.az-a eksklüziv açıqlama verib: “Olduqca gərgin templə İctimai Kanalda ad günümə hazırlaşıram. Çox sağ olsun jurnalistlər, tez-tez zəng vururlar, mənimlə maraqlanırlar. Təəssüflər olsun ki, gərginlik səbəbindən heç kimlə ünsiyyət qura bilmirəm. Jurnalistlərlə Aygün Kazımovanın bağ evində görüşüm alınmayacaq”.

Belə ki, müğənni uzun fasilədən sonra 22 avqustda 22:15-də tamaşaçı qarşısına çıxacaq. Həmin gün sənətçinin yanında müğənnilər Aygün Kazımova, Brilliant Dadaşova, Samira, Flora Kərimovanın iştirakı gözlənilir. Proqram boyu Aygün Kazımova ilə Samir Bağırov birlikdə olacaqlar. Dostlar avqust ayında 22-ci ili tamam olan sənət fəaliyyətlərini də qeyd etmiş olacaqlar. Proqramı xalq artisti Flora Kərimova “Azərbaycan” mahnısı ilə bağlayacaq.

Müğənninin sevənlərinə daha bir sürprizi – “Son yarpaq” adlı mahnıdır. Rəhim Rəhimlinin Samirə yazdığı bu mahnı elə Bağırovun həyatından bəhs edir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar