Turan İbrahimov da Nuranın aqibətini yaşadı
19 avqust 2010 17:00 (UTC +04:00)

Turan İbrahimov da Nuranın aqibətini yaşadı

Bir müddət əvvəl internet istifadəçilərinin qərəzli “zarafat”ına məruz qalan Nura Surinin aqibətini teleaparıcı Turan İbrahimov da yaşamalı olub. İstifadəçilər “facebook” sosial şəbəkəsində və “odnoklassnki.ru” saytında Turan İbrahimovun adına səhifə açaraq, ailə fotoşəkillərini ora yerləşdiriblər. Teleaparıcı hadisə ilə bağlı Lent.az-a şikayətlənib: “Şəkillərin yerləşdirilməsi bir tərəfə, müxtəlif insanlarla adımdan münasibət qurulub. Heç vaxt sosial paylaşımda qeydiyyatdan keçməmişəm. Üstəlik, ailəli insanam, bu şəkildə qızlarla münasibət qurmağı da özümə yaraşdırmıram. Əgər hələ də kimsə səhifədəki o şəxsin mən olduğumu güman edirsə, yenə də açıqlayıram ki, bu mən deyiləm!”

Teleaparıcı saytların administrasiyasına müraciət etdiyini, hazırda tədbir görülməsini gözlədiyini, hələlik heç bir nəticə əldə edə bilmədiyini əlavə edib.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar