Məhkəmə Flora Kərimovanın şikayətini təmin etmədi
19 avqust 2010 14:15 (UTC +04:00)

Məhkəmə Flora Kərimovanın şikayətini təmin etmədi

Bakı Apellyasiya Məhkəməsində Rizvan Səfərovun sədrliyi və vəkil Şəfiqə Nağıyevanın iştirakı ilə xalq artisti Flora Kərimovanın Binəqədi Rayon Məhkəməsinin xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin xüsusi ittiham qaydasında təqsirləndirilməsinə dair çıxardığı rədd qərarından verdiyi şikayətə baxılıb. Bu barədə Lent.az-a Faiq Ələkbərli məlumat verib: “Hakim Rizvan Səfərov tərəfindən Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvəsində saxlanılıb. Flora Kərimovanın şikayəti əsassız hesab olunub. Belə ki, həmin şikayət üzrə işə mülki qaydada Binəqədi Rayon Məhkəməsində baxılıb, şikayət rədd edilib, Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Ali Məhkəmə öz qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvəsində saxlayıb”.

Qeyd edək ki, Flora Kərimova mülki qaydada baxılan və qanuni qüvvə alan məhkəmə qətnamələri və qərarı olan həmin işi bu dəfə cinayət qaydasında verməyə çalışsa da, bu baş tutmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar