Faiq Ağayevlə Əli Mirəliyev barışdılar - EKSKLÜZİV
18 avqust 2010 12:00 (UTC +04:00)

Faiq Ağayevlə Əli Mirəliyev barışdılar - EKSKLÜZİV

Xalq artisti Faiq Ağayevlə Əli Mirəliyev aralarındakı düşmənçiliyə son qoyublar. Lent.az-a daxil olan məlumata görə, iki müğənnini xalq artisti İlhamə Quliyeva öz ad günü mərasimində barışdırıb. Sənətçilər əl sıxışandan sonra heç nəyi aydınlaşdırmayıblar.
Əli Mirəliyev Lent.az-a açıqlamasında barışıq əlini birinci özünün uzatdığını deyib: “Bilirsiniz də İlhamə xanım bizim qohumdur, bibiqızımızdır. Faiqin qardaşı İlham ilə yaxın dost olmuşuq. İndi gömrük sahəsində çalışır, lakin əvvəl ansamblımda musiqiçi olub, çox yaxın dost olmuşuq. Faiq özü də bilir ki, şəxsiyyətinə toxunmamışam, ancaq ifasına münasibət bildirmişəm. Faiq Ağayevə böyük kimi əlimi birinci mən uzatdım. Faiq də dedi ki, hiss etdim ki, Əli müəllim barışığa razıdır, ona görə mən də barışıq əlimi uzatdım. İlhamə xanım da cavabında bildirdi ki, Əli kimi gərək əziyyətin ola, ondan sonra həyatı başa düşəsən ki, Əli Mirəliyev kimdir...”

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar