Röyanın sürpriz pərəstişkarı
13 avqust 2010 20:00 (UTC +04:00)

Röyanın sürpriz pərəstişkarı

“Nar mobile”-ın sponsorluğu, “Ulduz” prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə “Doğma Diyar” adlı layihənin daha bir konserti avqustun 12-də baş tutub.

Konsert Azərbaycanın qədim, füsunkar təbiətli torpağı, ərazisinin müəyyən hissəsi erməni işğalı altında olan Füzuli rayonunun Horadiz qəsəbə Dəmiryol Vağzalı meydanında keçirilib.

Lent.az-ın məlumatına görə, “Doğma Diyar” kampaniyası çərçivəsində “Nar Mobile”-ın abunəçiləri bol-bol bonus qazanıblar. Beləki, “Nar Mobile” abunəçiləri turnenin keçirildiyi bölgədə, kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə, şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafiki əldə edə biliblər.

Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən “Nar Mobile” abunəçiləri, mobil telefon qazanmaq şansını əldə ediblər.

“Doğma diyar” layihəsinin informasiya dəstəyi “RÖYA” jurnalına, eksklüziv yayım hüququ isə “LİDER TV”-yə məxsudur.

Ənənəvi olaraq bu dəfə də səhnəyə ilk olaraq konsertin aparıcıları Samir Bayramlı və Sevinc Ağaşirinova çıxıblar.

Zamiq təqdimatdan sonra dünyaya gədiyi Füzuli rayonunun səhnəsinə ev sahibi kimi çixib. Tamaşaçılar həmyerliləri Zamiqi hərarətli alqışlarla qarşılayıblar. Müğənni də öz növbəsində Röya Ayxanı gül dəstəsi əlində səhnədə qarşılayıb.
6-7 min nəfərlik məkanda Zamiq və Röya düşmənin bir addımında yaşayan həmvətənlərimizi əyləndirə biliblər. Onlar estrada mahnıları ilə yanaşı, muğamlar da ifa edib ki, bu da konsertə xüsusi rəng qatıb.

Müğənnilər sevilən duetlərini də ifa ediblər. Röyanı bu dəfə də konsertində kiçik oğlu Hüseyn müşayiət edib.

Konsertin yadda qalan məqamlarından biri Füzuli rayon icra başçısı Nəbi Muxtarovun səhnədə səmimi etirafı olub. Başçı Röyanın pərəstişkarı olduğunu bildirib. Elə səhnədəcə başçı Röyanın yaradıcılığı barədə ətraflı məlumat verərək etirafını təsdiqləyib.
Konsertdə iştirak edən Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elman Məmmədov və “Nar mobile”in nümayəndəsi Farid Məmmədov da çıxış ediblər.
Müğənnilər konsertdən razılıqlarını ifadə ediblər: “Baxmayaraq ki, Füzuli döyüş xəttinə yaxın məkandı və problemlər çoxduç böyük sevgi və qonaqpərvərliklə qarşılandıq. Istər rayon rəhbərliyi, istər yerli camaat xoş münasibətlərini əsirgəmədilər

Hər iki müğənni işğal altında olan torpaqlarımızın geri alınmasını və bu
torpaqlarda konsert verməyi arzulayıblar.

Konsertdən sonra rayon rəhbərliyi müğənnilərə ziyafət verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar