Xuraman Şuşalı ANS-in əməkdaşı ilə ailə qurdu
11 avqust 2010 18:30 (UTC +04:00)

Xuraman Şuşalı ANS-in əməkdaşı ilə ailə qurdu

Müğənni Xuraman Şuşalı dünən “Lido” restoranında çox da böyük olmayan məclis quraraq, özünə toy edib. Lent.az-ın məlumatına görə, toy sadəliyi və adiliyi ilə yadda qalıb. Toy gününə qədər Xuramanın sirr kimi saxladığı həyat yoldaşı ANS telekanalında yayımlanın “Qulp” verilişinin prodüseri Elçin Məmmədov imiş. Cütlük toyu hamıdan gizlətməyi üstün tutub. Toyda ANS telekanalının əməkdaşlarından olduqca az adam gözə dəyib.

Xuraman özü də sənət yoldaşları arasında seçim edib. Onun toyunda xalq artisti Firəngiz Mütəllimova və bacısı, aktyorlar Coşqun və Rafael, yumoristlər Fərda və Elməddin, müğənnilər Elariz, Elnur Məmmədov, Natəvan Həbibi, Nazənin, Səidə Sultan, Rəqsanə, prodüser Pərviz Əsgərov, Təranə Səmədova və digər ən yaxın dostları iştirak ediblər.

Gəlinlə bəy məclisə saat 21-də qədəm basıblar. Açıq havada gerçəkləşən toya cütlük “Hummer limuzin” markalı avtomobillə gəlib. Səbəbkarlar öncə müvafiq sənədləri imzalayaraq, “Nikah haqqında Şəhadətnamə”ni qəbul ediblər. Şahid qismində isə jurnalist Cavanşir Babəlioğlu və müğənni Səidə Sultan sənədi imzalayıblar. Daha sonra Xuramanın ifasında lirik mahnı səslənib və cütlük birgə rəqs edib.

Yerlisi Firəngiz Mütəllimova toyun təkrarını Şuşada keçirməyi arzu edib.

Rüfət Axundovun idarə etdiyi məclisi Tunar, daha sonra Xuraman, Natəvan və Səidə üçlüyü davam etdirib.

Natəvan həmkarına “sən də getdin, qaldıq Səidə ilə mən” - deyib. Natəvanın bu sözlərindən sonra üçlük “Yalvara-yalvara” mahnısını oxuyub, məclisi nəşələndirə biliblər.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926

Oxşar yazılar