Ədalət Dəlidağlı: “Anadangəlmə bir adım var – Ədalət”
05 avqust 2010 12:30 (UTC +04:00)

Ədalət Dəlidağlı: “Anadangəlmə bir adım var – Ədalət”

“Mən onun adını götürməmişəm. Anadangəlmə bir adım var – Ədalət. Məni xalq tanıyır, bəlkə də onun yerində görür. Mən də həmişə onun ümidlərini doğrultmuşam, halallığını almışam. Özü də mənə deyib ki, oğul, halallığını vermişəm”.


Bunu Lent.az-a açıqlamasında əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun ittihamlarına cavab verən əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı söyləyib. O, qocaman sənətkarın belə fikirlər səsləndirməsini əsəbi olması ilə əlaqələndirib: “Xəstəliyimlə əlaqədar 5-6 aydır, ona zəng vurub yoxlamıram. Şəkər xəstəliyim var. Bayaq radioda canlı yayımdaydıq. Özü də etiraf etdi ki, əsəbiləşib, o sözü deyib. Aşıq Ədalət mənə bu sənətdə halallıq verib, məni çox istəyib. Mən də onu həmişə hər yerdə yada salmışam. Amma son vaxtlar onu az-az yada saldıqlarına və mənim ona zəng vurmadığıma görə əsəbiləşib. Özü də dedi ki, ərk edib demişəm. Nə deyibsə, haqqı var qoy, desin”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993

Oxşar yazılar