“Mənim elə kişilərdən zəhləm gedir”
Ayaz Salayev: “Bu cür şeyləri namusla, qeyrətlə qarışdırmaq düzgün deyil”
“Avtomobilimiz var, amma həyat yoldaşım sürür, mən yox”.
Bunu Lent.az-a açıqlamasında tanınmış rejissor, ssenarist, əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib. O, avtomobil sürməməyinin səbəbini bunun həvəskarı olmamağı ilə əlaqələndirib. Qadın sürücülər barədə mənfi fikirdə olan kişilərə qarşı isə sərt mövqedə çıxış edib: “Bəzən kişilər maşın sürən qadın görəndə mənfi münasibətlər bildirirlər. Mənim belə kişilərdən zəhləm gedir. Təbii ki, bu, natamamlıq kompleksidir. Bu cür şeyləri namusla, qeyrətlə qarışdırmaq düzgün deyil. Mənim aləmimdə belə qadınlar bugünkü Azərbaycan kişisinə nəinki bərabərdir, hətta onlardan qat-qat üstündür. Ümumiyyətlə, məndə kişi şovinizmi qətiyyən yoxdur. Şəxsən mən öz həyat yoldaşımla həmişə məsləhətləşirəm”.
A.Salayev onu da deyib ki, həyat yoldaşı Mədəniyyət və İncəsənət Universitetinin ssenari fakültəsini bitirib: “Lakin əfsuslar olsun ki, maddi vəziyyətə görə, müvəqqəti olaraq öz sənətilə vidalaşıb ofisdə çalışırdı. Çox istəyirik və çalışırıq ki, yenidən öz sənətinə qayıtsın”.
Xəyalə

551