Röya və Zamiq “Sevişiyoruz” dedilər
31 iyul 2010 16:00 (UTC +04:00)

Röya və Zamiq “Sevişiyoruz” dedilər

“Nar Mobile”-ın sponsurluğu, “Ulduz” prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə “Doğma Diyar” adlı layihənin daha bir konserti iyulun 29-da Zaqatalada baş tutub.

Lent.az-ın məlumatına görə, səhnəyə ilk olaraq Zamiq çıxıb. O, sevilən mahnıları ilə bərabər, repertuarına yeni daxil etdiyi “Sensiz Sabah olmuyor” adlı mahnısını da ifa edib. Rəngarəng çıxışlarından sonra müğənni, Röyanı səhnəyə dəvət edib və onlar populyar duetlərini oxuyublar.

Daha sonra Röya, tamaşaçılar üçün ən yeni hitlərini ifa edib. Müğənninin çıxışı, sevilən mahnıların ifası, “Nero” rəqs qrupunun çılğın rəqsləri yadda qalıb.

Konsertdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayon icra hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva və icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. Onu da qeyd edək ki, rayon icra hakimiyyəti tərəfindən yüksək səviyyədə təhlükəsizlik xidməti təşkil olunmuşdu. Konsert boyu tamaşaçılar sevimli müğənnilərinə hədiyyələr və gül dəstələri veriblər. Doğma diyarı qarış-qarış gəzən Zamiq və Röya Zaqatalada həm yerli əhali, həm də rayon rəhbərliyi tərəfindən isti münasibət və doğmalıq görüblər.

3 saata yaxın davam edən konsertin sonunda Zamiq və Röya yenidən “Sevişiyoruz” adlı duetlərini ifa ediblər. Gələn konsertlərdə Röya və Zamiqin pərəstişkarları onların yeni duetlərini dinləmək şansı əldə edəcəklər.

“Doğma Diyar” kompaniyası çərçivəsində “Nar Mobile” abunəçiləri bol-bol bonus qazanıblar. Belə ki, “Nar Mobile” abunəçiləri turnenin keçirildiyi bölgədə, kompaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə, şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafiki əldə edə biliblər.

Konsert zamanı SMS-viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən “Nar Mobile” abunəçiləri, mobil telefon qazanmaq şansını əldə ediblər.

Növbəti konsert avqustun 2-də Qazaxda baş tutacaq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1139

Oxşar yazılar