Röya və Zamiqdən yeni giley: “Doğmalıq görmədik...”
“Nar mobile”-ın baş sponsorluğu, “Ulduz” prodakşnın, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “Doğma diyar” layihəsinin növbəti konserti iyulun 26-da Mingəçevirin ən böyük meydanında baş tutub. Təxminən saat 21:00-da başlayan konsertdə ilk olaraq səhnəyə aparıcıların təqdimatı ilə Zamiq çıxıb.
Səhnədə olduğu 1 saata yaxın müddətdə Zamiq ən sevilən hitlərini ifa edib.
Bunun ardınca Röya alqış sədaları altında səhnəyə çıxıb. Hər kəsin hədiyyə, çiçək və alqış yağışına tutduğu müğənni 12 mindən artıq tamaşaçıya unudulmaz anlar bəxş edib. Konsert Röya və Zamiqin dueti ilə başa çatıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev və digər mötəbər qonaqların da izləməyə gəldiyi konsert son illərdə Mingəçevirdə baş tutan ən böyük və ən izdihamlı layihə idi.
Amma buna baxmayaraq, Göyçayda olduğu kimi, Mingəçevirdə də “Doğma diyar”ın kollektivi laqeydliklə üzləşdiklərini bildiriblər.
“Konsert təmənnasız və xalq konserti olsa da, bəzi şəxslərdən doğmalıq görmədik. Sözdə bizə şərait yaradacaqlarına söz versələr də, yaradılan şərait sıfır səviyyəsində idi. Amma heç bir çətinliyə baxmayaraq, bu konsert də öz komandamızın əməyi sayəsində yüksək səviyyədə həyata keçdi”.
Onu da xatırladaq ki, müğənnilərin “Doğma diyar” layihəsi çərçivəsində növbəti konserti iyul ayının 29-da Zaqatalada baş tutacaq.
Lalə Yusifqızı

662