“Məcnunun Məcnunu” Mənsum İbrahimov
Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun həyat və yaradıcılığını əks etdirən kitab yazılıb. Xanəndənin Lent.az-a verdiyi məlumata görə, Mustafa Çəmənlinin qələmə aldığı kitab “Məcnunun Məcnunu” adlanır. Kitabın təqdimat mərasimi sentyabrda keçiriləcək.
Mənsum İbrahimov bildirib ki, tədris etdiyi Milli Konservatoriyanın dosenti olub: “Bunu pedaqoji fəaliyyətimdə önəmli hadisə kimi dəyərləndirirəm. Çünki mən ifaçılıqla yanaşı müəllimliyə də böyük önəm verirəm. Ona görə bu da mənim üçün böyük uğurdur”.
Sənətçi dahi bəstəkar Üzeyir Hacıbəyovun 125 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdən də söhbət açıb: “Payızda silsilə konsert proqramı olacaq. Üzeyir bəy biz musiqiçilərin mənəvi atasıdır. Mən də yaradıcılığımda ona borcluyam. Çünki məhz onun əsərilə tanınıb sevilmişəm. İndi də o əsəri ifa edirəm. Bildiyiniz kimi, “Leyli və Məcnun”u bir müddət öncə Qətər dövlətində də göstərdik və yüksək səviyyədə qarşılandı”.
M. İbrahimov qarşıdan gələn yubileyilə əlaqədar yeni yaradıcılıq işlərinin və səfərlərin gözlənildiyini də söylədi.
Xəyalə

552