Müğənni Kərim əmisi qızının razılığını aldı
20 iyul 2010 13:30 (UTC +04:00)

Müğənni Kərim əmisi qızının razılığını aldı

Müğənni Kərim Türkiyə şou-biznesində fəaliyyət göstərməyə qərar verib. Sənətçi hazırda klip çəkilişləri ilə məşğuldur. Bu günlərdə Bakıya qayıdan müğənni Lent.az-a açıqlama verib, ölkəsinə bir neçə günlük gəldiyini, yenidən Türkiyəyə qayıdacağını deyib: “Avqustun 10-da təkrar Türkiyəyə qayıdıram, bu dəfə bəstəkar Gövhər Həsənzadə ilə gedəcəyəm”.

Müğənni Türkiyədə yaşayan əmisi qızı ilə eyni klipdə oynayacağını da deyib: “Əmim qızı da Türkiyədə model olaraq çalışır, hazırda Özcan Dənizin klipinə çəkilir. Düşünürəm ki, Özcan Dənizdən sonra növbə mənim olacaq”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar