Röya və Zamiq: “Bu o qədər də şişirdiləcək bir hadisə deyildi...”
Azərbaycan musiqi səhnəsinin populyar müğənniləri Röya Ayxan və Zamiq Hüseynov “Nar Mobile” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Doğma Diyar” layihəsinin ilk konsertindən məmnun qalıbar.
Röya və Zamiq 12 iyulda 5 minlik kütlə ilə qarşısında Quba Olimpiya kompleksində çıxış ediblər. Lent.az-ın konsertdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, 12 iyulda Qubadan start götürən bu kampaniya Azərbaycanın daha 14 bölgəsini əhatə edərək möhtəşəm konsert turnesi proqramı ilə davam edəcək.
Konserti izləmək üçün Quba Rayon İcra hakimiyyətinin rəhbəri Rauf Həbibov, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlər və gənclərlə iş sektorunun müdiri Mənzər Nurəliyeva, eləcə də digər nümayəndələr iştirak edib.
Öncə Zamiq səhnəyə çıxıb, tamaşaçılar daha çox ekrandan gördükləri müğənninin aramsız alqışlarla salamlayıblar. Sənətçi gördüyü münasibətdən mənun qalaraq, “demək, hər şey arzuladığımız kimidir, indidən hiss edirəm ki, konsertimiz alındı! Sizinlə qürur duyuruq!”, - deyib.
Qubalılar bir saatlıq proqram boyunca Zamiqlə birgə mahnıları ifa ediblər.
Səhnəyə Zamiqdən sonra çıxan Röya Ayxanın gəlişi məxsusi ajiortaj yaradıb. Konsert boyunca tamaşaçılar sevimli müğənnilərini yaxından izləmək üçün izdiham yaradıblar.
Proqram boyunca sənətçiləri “Nero” şou-balet qrupu müşayiət edib. Qrup geniş və rəngarəng rəqslərlə, səhnə şouları ilə maraqlı repertuar təqdim ediblər.
Müğənnilər “Doğma Diyar” kampaniyasının təşkilatçıları “Nar mobile” şirkətinə, eyni zamanda “Ulduz prodakşn” və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildiriblər. Belə ki, təşkilatçılar müğənnilər üçün beynəlxalq standartlara uyğun səyyar qrim otağı, səyyar səhnə, işıq, səs və s. avadanlıqlarla təmin olunublar. Konserti yüksək səviyyədə işıqlandırmaq üçün “Lider” telekanalı eksklüziv informasiya dəstəyi verir.
“Doğma Diyar” kampaniyası çərçivəsində “Nar Mobile” abunəçiləri bol-bol bonus qazanıb, əyləncəli konsertlərdə iştirak etmək üçün unikal imkan əldə edəcəklər. Artıq birinci konsertdə “Nar Mobile” abunəçiləri turnenin keçirildiyi bölgədə, kampaniya müddəti ərzində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə, şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafiki əldə edə biliblər.
Konsertlər zamanı SMS viktorinada iştirak edən və 5 suala düzgün cavabı 1111 nömrəsinə göndərən “Nar Mobile” abunəçiləri, 8 mobil telefon qazanmaq şansını əldə ediblər.
Müğənnilər konsert vaxtı tamaşaçılar ilə mühafizə dəstəsi arasında yaranan insident xəbərinə münasibət də bildiriblər: “Bu, yazıldığı qədər də şişirdiləcək bir hadisə deyildi. Əyalətdəki pərəstişkarlarımız bizə daha yaxın olmaq istədilər, mühafizə dəstəsi də öz vəzifəsini yerinə yetirib, təhlükəsizliyi təmin etdilər. Konsert istədiyimiz şəkildə keçdi”.
Lalə Yusifqızı

616