Ebru Gündeş eşqini ağlagəlməz üsullarla sübut edirmiş...
“Ey İstanbul!... Ben Rezayı seviyorum”
Məşhur türkiyəli müğənni Ebru Gündeş iki ay yarım öncə ailə qurduğu azərbaycanlı iş adamı Rza Zərraba olan eşqini müxtəlif ağlagəlməz üsullarla sübut edirmiş. Lent.az-ın Türkiyənin “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, Ebru Gündeş keçən həftə həyat yoldaşı Rza Zərrabla məşhur Boğaz körpüsündən keçərkən avtomobilin şüşəsini açaraq var gücüylə qışqırıb da. O, həmin vaxt “Ey İstanbul!... Ben Rezayı seviyorum. Ona aşığım!” deyirmiş.
Bu hərəkətlər sükan arxasında olan Rza Zərrabın çox xoşuna gəlib, o, hətta məst olub.
Yaşadığı macəranı yaxınlarına danışan Ebru Gündeş “ərimə bundan başqa da müxtəlif böyük sürprizlər yaşadıram. Amma onların nə olduğunu deyə bilmərəm...” – deyib...

561