Möhlət Müslümov Təbrizdə konsert verəcək
08 iyul 2010 14:00 (UTC +04:00)

Möhlət Müslümov Təbrizdə konsert verəcək

Tanınmış tarzən, xalq artisti Möhlət Müslümov yeni qastrol səfərinə hazırlaşır. O, iyulun 20-si və 21-də Təbrizdə növbəti konsert proqramında iştirak edəcək.

Möhlət Müslümovun Lent.az-a verdiyi məlumata görə, səfər İranın məşhur şair-publisisti Xosrov Sərtibinin dəvətilə baş tutacaq: “Dəvət hələ qışda İrana səfərim zamanı edilmişdi. Mən də məmnuniyyətlə razılıq verdim. Nəhayət, səfər bu ay reallaşacaq. İyulun 18-də Təbrizə yola düşəcəyik. Mənimlə yanaşı bir neçə sənət adamı da gedəcək – kamança ifaçısı, xalq artisti Fəxrəddin Dadaşov, xanəndələr İlkin Əhmədov, Səbuhi İbayev və Babək Niftəliyev. Ümid edirəm ki, konsertimiz maraqla qarşılanacaq”.

M. Müslümovun sözlərinə görə, iki günlük konsert proqramında xanəndələr xalq mahnıları və ritmik muğamlar səsləndirəcəklər. Tarzən özü isə solo ifa ilə çıxış edəcək. Sənətçilər iyulun 22-də Bakıya dönəcəklər.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar