Ayan: “Mən özümü müdafiə etməli idim...”
01 iyul 2010 11:45 (UTC +04:00)

Ayan: “Mən özümü müdafiə etməli idim...”

Şou-biznesin “tənha qızı” - müğənni Ayan şou-biznesdəki müstəqilliyinin, tənhalığının səbəblərindən danışıb. Müğənni Lent.az-a açıqlamasından həyatı boyunca eyni mövqedə olacağını deyib: “Yaradıcılığa gələndə peşəkar insanlarla çalışdım, işimi o qədər çox sevdim ki, olduğum mühitdən aşağı düşmək istəmədim. Elçin İmanovla işbirliyindən, Kamal müəllimin bəstələrindən sonra daha məsuliyyətli oldum. Sonra realiti-şouların birində populyar bir müğənni ilə duet... Mən artıq bu qıcıqlanmalardan, qısqanclıqlardan özümü müdafiə etməyi bacarmalı idim”.

Müğənni bu yolda böyüklərinin məsləhəti ilə irəlilədiyini deyib: “Elçin İmanov da məni başa saldı. Dedi ki, çalış hamıya inanma, özünü müdafiə etməyi bacar. Hazırcavab ol. Bacardığım qədər özümü müdafiə etməli idim. Mən də çalışıram öz xarakterimdə olan insanlarla münasibətdə olam. Dostlarım da var, Elton, Ədalət Şükürov, Aygün Bəylər. Xumar Qədimova ilə çox yaxşı münasibətlərimiz var...”

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar