Baxıcı və teleaparıcı qalmaqalında son raund
“Əgər gücləri varsa, mənə nə isə eləsinlər!”
Tədbirlərin birində baxıcı Yeganə ilə salamlaşmayan və “mən cindarlarla görüşmürəm” deyən teleaparıcı Turan İbrahimovla baxıcı Yeganə arasında gərginlik daha da artıb.
Baxıcı teleaparıcının bu hərəkətinə “Allah Turanı belindən vuracaq, ancaq mən əlimi ona vurmayacayam”, - deyib.
Mətbuatda teleaparıcı Turan İbrahimov haqqında bu açıqlama ilə çıxış edən falçı Yeganəyə cavab gecikməyib. Telaaparıcı baxıcıya Lent.az-da cavab verib: “Bəli, doğrudan da tədbirlərin birində Yeganə məni görüb yanına çağırmışdı. Mən isə açıq sözlü insan olduğum üçün ona hər kəsin içində “cindarlarla oturmuram” dedim və getdim. Sonradan köməkçim Elçinə zəng edib, ağlamsınıb, məni çox istədiyini deyib və s. O ki qaldı onu verilişimə çağırmağa, 9 ay əvvəl köməkçilərim ona zəng etmişdi, o isə mənim özümlə danışmaq istədiyini demişdi və biz danışmışdıq. Mənə çəkindiyi üçün gələ bilməyəcəyini dedi, sağollaşdıq. Yerinə Ədilə adlı digər fırıldaqçını çağırdıq. Təbii ki, məqsədim verilişdə onları ifşa etmək olub. O verilişləri də görmüsünüz. Ümumiyyətlə Yeganə və Yeganə əqidəli insanlar Allahın Qurani-Kərimdə qeyd etdiyi kimi, pislikdirlər! Mənim onlarla heç bir münasibətim ola bilməz! Nə vaxtdan şeytanın alətləri Allahın adından danışan olub?! Mən bir daha burdan bütün pisliklərə deyirəm, sığınmışam Allaha,Ş əgər gücləri varsa, mənə nə isə eləsinlər! Onların blefləri ancaq cahil kimsələrə təsir edə bilər!”
Nəzrin

949