Flora Kərimova Faiq Ağayevə 500 manat cərimə ödəyəcək
21 iyun 2010 15:00 (UTC +04:00)

Flora Kərimova Faiq Ağayevə 500 manat cərimə ödəyəcək

Bu gün Səbail rayon Məhkəməsində xalq artisti Faiq Ağayevin xalq artisti Flora Kərimovaya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hökm çıxarılıb.


Lent.az-ın hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə F.Kərimova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə təqsirli bilinib. Xalq artisti 500 manat məbləğində cərimə ödəməyə məhkum edilib.


Qeyd edək ki, F.Ağayev F.Kərimovanın Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci maddələri üzrə cəzalandırılması barədə iddia qaldırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar