Elnarə: “Ailəliklə Azərbaycandan köçə bilərəm”
10 iyun 2010 11:30 (UTC +04:00)

Elnarə: “Ailəliklə Azərbaycandan köçə bilərəm”

Müğənni Elnarə Azərbaycanı tərk edib Türkiyədə yaşaya bilər. Müğənni Türkiyədə “Türkvision” mahnı festivalında iştirak etdikdən sonra qardaş ölkədən çoxsaylı təkliflər alıb. Bu barədə müğənni özü Lent.az-a məlumat verib: “Festivalda çıxışımla 25 ölkənin arasında seçilə bildim. Bu, daha çox türklərin Azərbaycan sevgisindən irəli gəlir, sözün açığı...”

Müğənni bildirib ki, çıxışından sonra Türkiyədə bir sıra yaradıcı təkliflər alıb: “Olduqca çox təkliflər aldım. Festivala həyat yoldaşımla birlikdə yollanmışdıq. Onu da televiziya işçisi kimi tanıyırlar. Buna görə də xüsusi diqqət gördük. Təklifləri, əlbəttə, dəyərləndirməyi düşünürəm. İstisna deyil, gələcəkdə ailəliklə Azərbaycandan köçə də bilərəm. Hər halda, ölkəmi təmsil etməyi düşünürəm”

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar