6 Türkiyə sənətçisi, üstəgəl 6 Azərbaycan müğənnisi!
09 iyun 2010 20:00 (UTC +04:00)

6 Türkiyə sənətçisi, üstəgəl 6 Azərbaycan müğənnisi!

Bəstəkar Gövhər Həsənzadə iki ölkənin sənətçilərini bir layihə altında birləşdirəcək

Bəstəkar Gövhər Həsənzadə maraqlı bir layihə üzərində işləyir. Bəstəkarın
bu barədə Lent.az-a verdiyi məlumata görə, azərbaycanlı və türk sənətçilərin
birgə çalışacaqları bu layihə duetlərdən ibarət olacaq: “Yerli şou nümayəndələri ilə türk
şou-biznesinin ən parlaq simaları bir araya gələcək. Onu da qeyd edək ki, bu layihə
maraqlı konsert formasında təqdim olunacaq”.

Layihədə Azərbaycan sənətçilərindən Natəvan Həbibi, Almaz Ələsgərli, İradə İbrahimova, Kərim Abbasov, Elnur Məmmədov, “Canbala” qrupu iştirak edəcək. Türk sənətçilərinin adları isə müqavilə imzalandıqdan sonra mediaya açıqlanacaq.

Lalə Yusifqızı
# 448

Oxşar yazılar