Arda Turandan sevgilisinə “Range Rover” hədiyyə
08 iyun 2010 10:00 (UTC +04:00)

Arda Turandan sevgilisinə “Range Rover” hədiyyə

“Qalatasaray” futbol komandasının kapitanı Arda Turan sevgilisi Sinem Kobala özəl hədiyyə alıb.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, ulduz futbolçu kirayə “BMW”-də gəzən gözəl sevgilisinə “Range Rover” markalı bir cib alıb.


Ötən ay Sinem Kobalın baş rolda oynadığı “Romantik Komediya” adlı filmi birlikdə seyr etmək üçün kino klubunu bağlatdıran Ardan Turanın son jesti də sevgilisini çox sevindirib. Arda Turan 290 min lirəyə (175 min dollar) aldığı avtomobilin nömrəsini də özəl olaraq seçib. Avtomobilin nömrəsi iki sevgilinin adlarının baş hərfləri olan “AS”’ hərflərindən ibarətdir.
# 360

Oxşar yazılar