Müğənni Röya restorandan oğurluq edib!
Müğənni Röya beş il öncə Şəkidə restoranların birində oğurluq edib. Lent.az-ın məlumatına görə, televiziya proqramlarının birində iştirak edən müğənni özü bu etirafı edib: “Bu beş il bundan öncə olub. O vaxt Anarla təzə tanış olmuşduq. Şəkidə restoranların birində yaraşıqlı diş çöpü qabı gördüm. Elə xoşuma gəldi ki!... Ofisianta dedim, bunu götürüm? Dedi qurbandı, amma hər stolun üstündə bir dənədi...”
Təklifi qəbul olunmayan Röya öz bildiyini edib: “Ofisiant üzünü çevirən kimi qabı götürdüm. Baxmayaraq ki, Anar da etiraz etdi. O, üç il sağ-salamat evimdə qaldı. İndi bir tərəfi qırılıb”, - deyə, müğənni oğurluq qabın sınmasına heyfsilənib.
Nəzrin

652