Azərbaycanlı aktrisa Avropa telekanalına kraliça kimi dəvət olundu - EKSKLÜZIV
07 iyun 2010 16:00 (UTC +04:00)

Azərbaycanlı aktrisa Avropa telekanalına kraliça kimi dəvət olundu - EKSKLÜZIV

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ikinci rejissoru olduğu “İntiharın baş məşqi” adlı tamaşanın heyətlə birlikdə "İlin en yaxşı tamaşası" mükafatını alıb. Bu barədə aktrisa eksklüziv olaraq Lent.az-a məlumat verib: “Bu günlərdə İstanbul Şəhər Teatrı Serbiyada Belqrad Beynəlxalq Teatr Festivalında iştirak edib. Festivalda “Yapraq dökümü” serialında Fikrəti oynayan Bennu Yıldırımlar da iştirak edirdi. Orada 15-ə yaxın ölkə iştirak edirdi”.

Aktrisa orda ən çox sevilən və seçilən sənət adamı olub: “Belqradda “1001 gecə” serialı reytinq rekordları qırır. Festivalda eşidəndə ki, “1001 gecə”nin Mehribanı burdadı, hamı hücum etdi. Küçədə rahat gəzə bilmirdim. O qədər sevgi göstərdilər ki, sözlə ifadə edə bilmərəm”.

Məlahət Abbasova Belqradda “Fox. TV”nin ana xəbərlərinə müsahibə verib: “İnanmaq bəlkə çətin olar, ana xəbərlərə qonaq olacağımı hər yarım saatdan bir anons etdilər. Orda ikiqat sevinc yaşadım. Dubaydan sonra Avropada tanınmaq çox gözəl bir duyğudur. Mənimlə müsahibəyə ölkəsinin çox tanınmış diktoru və jurnalisti Nataşa Krosmanoviçlə reportaj etdik. Onunla küçədə rahat gəzə bilmədik”.

Məlahət Abbasova ilk dəfə bir türk teatrının Belqrad festivalını qatıldığını deyib: “O da mənim şansıma çıxdı”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar